Son dəqiqə
Ceffri Saks: Putin, Tramp və Si Cinpin BMT islahatlarının əsasını qoydu Milyonlarla insanı maraqlandıran sualın cavabı tapıldı – Bel ağrısının səbəbi nədir? Artıq hər kəs superhaker ola bilər: Dünya kibertəhlükəsizlik böhranı ilə üz-üzədir Dünya iqtisadiyyatı təhlükə qarşısındadır – KİV Türkiyə böyük oyunun üstünü açdı – ABŞ, İsrail və Yunanıstan izi! Paytaxtda kirayə mənzillər sürətlə bahalaşır – FOTO Beş ildə 47 faizdən çox azalma: Qubanın alma bağları niyə kiçilir? – FOTO Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: “Dedilər ki, çəkin çoxdur” – VİDEO Sahil Babayevdəm yeni TƏYİNAT Azərbaycan vətəndaşlığından imtina etdi – Səbəbi isə…

Səddam Hüseyni devirən taktika İran üçün işə salındı – Dəhşətli PLAN

Dünya

ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da “Fox Newa”a verdiyi müsahibədə İranın kimyəvi və bioloji silahlarla maraqlandığını bildirib. O, Tehranın nüvə proqramından başqa istiqamətlərə, xüsusilə kimyəvi qazlara və bioloji vasitələrə yönələ biləcəyini iddia edib.

ABŞ-İran gərginliyinin davam etdiyi bir zamanda bu iddia diqqət çəkir. Ümumiyyətlə, kimyəvi və bioloji silah iddiaları dövriyyəyə buraxılırsa, bu, artıq Vaşinqtonun ciddi addımlar atacağı və İrana müdaxilə üçün zəmin yaratdığı, ya da bu yolla Tehranı qorxutmaq istədiyi ehtimallarını yaradır.

Düzdür, Tramp bu iddiaları konkret sübutlarla müşayiət etməyib. Amma bu iddia ABŞ-ın xarici siyasət tarixində artıq bəlli bir yanaşmanı xatırladır. Belə ki, 2003-cü ildə İraqa hərbi müdaxilə ərəfəsində də Vaşinqtonun əsas arqumentlərindən biri Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarına malik olması idi. ABŞ administrasiyası İraqın kimyəvi və bioloji silah arsenalının beynəlxalq təhlükə yaratdığını bildirir, bu arqumenti hərbi müdaxilənin əsaslandırılması üçün ön plana çəkirdi.

Lakin sonradan İraq Araşdırma Qrupunun hesabatı 2003-cü ildə ölkədə iddia edilən kütləvi qırğın silahı ehtiyatlarının mövcudluğunu təsdiqləmədi. Başqa sözlə, müharibədən əvvəl beynəlxalq ictimaiyyətə təqdim edilən təhlükə mənzərəsi reallıqla üst-üstə düşmədi. Lakin İraqa müdaxilə oldu, Səddam Hüseyn devrildi.

İndi oxşar ritorika İranla bağlı yenidən gündəmə gətirilir. Və məncə, bu, təsadüfi deyil. Beləliklə, Tehranın nüvə imkanları ilə bağlı müzakirələrə yeni təhlükə elementi əlavə olunur. Bu isə İran ətrafında hərbi-siyasi təzyiqin daha da artırılması üçün əlverişli informasiya mühiti yaradır.

Hesab edirəm ki, Tramp hələlik İranı geri addım atmağa məcbur etmək, Tehran üzərində təzyiqi artırmaq və mümkün hərbi addımlar üçün siyasi zəmin formalaşdırmaq istəyir. Əgər bu fayda verməsə, hərbi müdaxilə üçün iddialar daha da ciddiləşə bilər./Globalinfo.az/