• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
11.7° Weather Columbus
$
1.7
€
1.9436
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Sədərək” və “Binə” bağlanır?

23 İyul, 26 / 13:44
A A

Son vaxtlar onlayn alış-veriş platformalarının, xüsusilə də “Temu” kimi beynəlxalq e-ticarət saytlarının Azərbaycandakı ənənəvi ticarət mərkəzlərinə təsiri ilə bağlı müzakirələr güclənib. Sosial şəbəkələrdə “Sədərək” Ticarət Mərkəzində alverin kəskin zəiflədiyi, bunun əsas səbəblərindən birinin isə “Temu” vasitəsilə edilən sifarişlər olduğu iddia edilir.

Onlayn ticarət “Sədərək” və “Binə” kimi iri bazarların gələcəyini təhlükə altına alır? “Sədərək” və “Binə” bağlana bilər?

Cagdas.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Elçin Rəşidov onlayn ticarət platformalarının bu gün ənənəvi mağazalar üçün ciddi rəqabət yaratdığını bildirib.

“Bu rəqabətin bir hissəsi bazar prinsiplərinə əsaslansa da, müəyyən üstünlüklər mövcud vergi və gömrük qaydalarından irəli gəlir. Nəticədə “Sədərək” və “Binə” də daxil olmaqla digər fiziki mağazalar müştəri itirir, bəzi hallarda fəaliyyətini dayandırır və iş yerləri azalır.

Dünyada elektron ticarətin həcmi sürətlə artır. Bu platformalar daha geniş məhsul çeşidi təqdim edir, istifadəçi üçün rahat alış-veriş imkanları yaradır və innovativ satış modelləri tətbiq edirlər. Lakin ənənəvi mağazalar məhsulları ölkəyə idxal edərkən və ya daxildə istehsal edərkən gömrük rüsumları, vergilər və digər ödənişlər edirlər. Buna baxmayaraq, bəzi fərdi sifarişlər mövcud güzəştlərdən istifadə edərək bu ödənişlərdən yayınır. Hesab edirəm ki, bu baxımdan oyun qaydaları bütün bazar iştirakçıları üçün eyni olmalıdır”, – o qeyd edib.

İqtisadçı bildirib ki, ənənəvi mağazalar vergi və rüsum ödəyirsə, elektron ticarət vasitəsilə gətirilən məhsullar da müəyyən qaydada bu ödənişlərə cəlb edilməlidir:

“Söhbət yüksək rüsumlardan deyil, hamı üçün bərabər və ədalətli yanaşmanın tətbiqindən gedir. Bəziləri bunun istehlakçıların xərclərini artıracağını iddia edə bilər. Ancaq nəzərə almaq lazımdır ki, elektron ticarətin həcmi artıq kifayət qədər böyüyüb. Vergi və gömrük bazası genişləndirildiyi halda, rüsum dərəcələrini aşağı salmaq mümkündür. Məsələn, idxalın əhəmiyyətli hissəsi elektron platformalar üzərindən həyata keçirilirsə, daha geniş baza hesabına daha aşağı dərəcələrlə də dövlət büdcəsinə eyni həcmdə gəlir toplamaq olar. Belə yanaşma həm dövlət büdcəsinin gəlirlərini qoruyar, həm də ənənəvi mağazaların rəqabət imkanlarını artırar. Bu isə qiymətlərin daha balanslı formalaşmasına, iş yerlərinin qorunmasına və daxili ticarətin inkişafına müsbət təsir göstərə bilər.

Əks halda, mövcud vəziyyət davam edərsə, çoxsaylı mağazaların, o cümlədən “Sədərək” ilə “Binə”nin fəaliyyətini dayandırması və minlərlə insanın iş yerini itirməsi riski artacaq. Buna görə də gömrük və vergi siyasəti daha balanslı qurulmalı, bazarın bütün iştirakçıları üçün bərabər rəqabət şəraiti yaradılmalıdır. Zərurət yaranarsa, bu dəyişikliklər digər vergi yükünün azaldılması ilə kompensasiya oluna bilər ki, ümumi iqtisadi təsir həm dövlət, həm biznes, həm də vətəndaşlar üçün daha səmərəli olsun”.

Bənzər Xəbərlər

Cəmiyyət

Kürdən narahatlıq doğuran xəbər gəldi – Azərbaycanda su böhranı başlayır?

İyul 23, 2026
Cəmiyyət

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

İyul 23, 2026
Cəmiyyət

Qubada Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

İyul 23, 2026
Cəmiyyət

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

İyul 23, 2026
Cəmiyyət

Çimərliklərdə hava necə olacaq?

İyul 23, 2026
Cəmiyyət

Sabah 39 dərəcə isti gözlənilir – PROQNOZ

İyul 23, 2026

XƏBƏR LENTİ

Kürdən narahatlıq doğuran xəbər gəldi – Azərbaycanda su böhranı başlayır?

23 İyul, 26 / 14:51

“Qarabağ” ÇSKA-ya qarşı – Oyun bu saatda başlayacaq

23 İyul, 26 / 14:37

Metroda NFC ilə keçiddə PROBLEM YARANDI

23 İyul, 26 / 14:23

Qubada Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq

23 İyul, 26 / 14:09

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

23 İyul, 26 / 13:55

“Sədərək” və “Binə” bağlanır?

23 İyul, 26 / 13:44

Çimərliklərdə hava necə olacaq?

23 İyul, 26 / 13:30

Sabah 39 dərəcə isti gözlənilir – PROQNOZ

23 İyul, 26 / 13:17

Deputatlar bu il 30-a yaxın ölkəyə səfər ediblər – Ən fəallar kimlərdi?

23 İyul, 26 / 13:03

Universitetlərdə boş yerlər qalacaq? – AÇIQLAMA

23 İyul, 26 / 12:48
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.