Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Səfər Mehdiyevin bacanağına cinayət işi açıldı – 200 minlik yeyinti

Cəmiyyət

Dörd ay əvvələ kimi TƏBİB-in tabeliyində olan Sabirabad Rayonu Mərkəzi Xəstəxanasının direktoru işləmiş Həsən Hüseynov cinayət məsuliyyətinə cəlb edilib.

Cagdas.az-ın  əldə etdiyi məlumata görə, eks-direktor külli miqdarda mənimsədə ittiham olunur.

Prokurorluqda aparılan istintaqla müəyyən edilib ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 186 min manatdan bir az artıq dövlət vəsaitini mənimsəyib.

H.Hüseynov həbs edilməyib, onun barəsində məhkəməsi başlayana qədər “başqa yerə getməmək haqda” qətimkan tədbiri seçilib. O, vurduğu ziyanın 20 min manatını geri ödəyib, qalan pulu ödəməsi üçün isə şərait yaradılıb.

Ziyan ödənilmədiyi halda H.Hüseynovu ittiham edildiyi külli miqdarda mənimsəmə maddəsi ilə 5 ildən 10 il qədər həbs gözləyir. Yaxın günlərdə məhkəmə başlayacaq.

Qeyd edək ki, Həsən Hüseynovun Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş rəisi general-polkovnik Səfər Mehdiyevin bacanağı olduğu bildirilir. O, ötən il xəstəxanada qadın işçilərdən birini döyməsi iddiası ilə də gündəmə gəlmişdi. /Qafqazinfo/