“Kliniki Tibbi Mərkəz” (Semaşko) publik hüquqi şəxsinin tabeliyindəki Şamama Ələskərova adına 5 nömrəli Kliniki Doğum Evinin binasında konstruktiv bərpa və gücləndirmə işləri həyata keçiriləcək.
Cagdas.az –ın xəbərinə görə, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin tabeliyində olan “İnnovasiya və Təchizat” publik hüquqi şəxsi bununla bağlı hazırlıqlara başlayıb.
Bakı şəhəri, Səbail rayonu, Neftçi Qurban küçəsi 93 ünvanında yerləşən doğum evinin bərpasına 1 mln 981 min 914 manat xərclənməsi nəzərdə tutulub.\ölkə.az


