• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
30.1° Weather Columbus
$
1.7
€
1.973
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sənaye məqsədilə götürülən 10 min litr su üçün bu qədər ödəniş ediləcək

01 Sentyabr, 26 / 19:14
A A

Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə görə ödənişlərin məbləği müəyyən edilib.

Cagdas.az  bildirir ki ADSEA yanında Suların istifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən Referans Media-a bildirilib ki, Azərbaycan Respublikası Su Məcəlləsinin 99-cu maddəsinə əsasən, su obyektlərindən istifadə ilə bağlı ödəniş növləri və qaydaları Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Bu məqsədlə Nazirlər Kabinetinin 14 aprel 2026-cı il tarixli 99 nömrəli Qərarı ilə “Su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğləri” və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin forması” təsdiqlənib.

Qərara əsasən, ödənişlərin məbləği su obyektinin növündən – Xəzər dənizi, çaylar, göllər və yeraltı sulardan – və istifadə məqsədindən asılı olaraq fərqlənir. Tariflər götürülən və axıdılan suyun həcminə, həmçinin istifadə olunan su akvatoriyasının sahəsinə uyğun müəyyənləşdirilib.

Belə ki, Xəzər dənizindən sənaye məqsədilə götürülən hər 10 000 litr su üçün 4 qəpik ödəniş nəzərdə tutulub.

Çay və göllərdən sənaye məqsədilə götürülən hər 1 000 litr su üçün ödəniş 4 qəpik, kənd və meşə təsərrüfatı məqsədilə götürülən hər 10 000 litr su üçün 1 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən hər 100 000 litr su üçün isə 1 qəpik müəyyən edilib.

Yeraltı sulardan sənaye məqsədilə götürülən hər 1 000 litr su üçün ödəniş 40 qəpik, balıqçılıq və akvakultura məqsədilə götürülən hər 100 000 litr su üçün isə 2 qəpik təşkil edir.

Tullantı sularının su obyektlərinə axıdılmasına görə də ödənişlər müəyyənləşdirilib.

Xəzər dənizinə məişət və sənaye tullantı sularının axıdılması zamanı hər 1 000 litr üçün 1 qəpik, çay və göllərə məişət tullantı sularının axıdılması zamanı hər 1 000 litr üçün 1 qəpik, sənaye tullantı sularının axıdılması zamanı isə hər 1 000 litr üçün 4 qəpik ödəniləcək.

Tullantı suları sutəmizləyici qurğular vasitəsilə müəyyən edilmiş normalara uyğun səviyyəyə çatdırıldıqdan sonra su obyektlərinə axıdıldıqda, ödənişlərə 0,7 əmsalı tətbiq ediləcək.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə müqavilə formasının təsdiqlənməsi tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsinə, sudan istifadə şərtlərinin aydın şəkildə əks etdirilməsinə, həmçinin bu sahədə hesabatlılıq və şəffaflığın təmin olunmasına xidmət edir.

Yeni ödəniş mexanizminin su ehtiyatlarından səmərəli və məqsədyönlü istifadənin təşviqinə, sudan istifadə sahəsində uçot və hesabatlılığın gücləndirilməsinə, su ehtiyatlarının mühafizəsi və dayanıqlı idarə olunmasına xidmət edəcəyi bildirilir.

Qeyd edək ki, sentyabrın 1-dən qüvvəyə minmiş su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı tələblər və ödənişlər vətəndaşların gündəlik məişət ehtiyacları, şəxsi əkin-səpin fəaliyyəti və fərdi təsərrüfat məqsədilə sudan istifadəsinə şamil edilmir.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulur

Sentyabr 1, 2026
Cəmiyyət

Sabah İrəvan QARIŞA bilər

Sentyabr 1, 2026
Cəmiyyət

Bağçada uşağın qanından psixotrop maddə tapıldı – RƏSMİ AÇIQLAMA

Sentyabr 1, 2026
Cəmiyyət

Ermənistandan Azərbaycana balıq, içki və metal gətiriləcək

Sentyabr 1, 2026
Cəmiyyət

Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir – İlham Əliyev

Sentyabr 1, 2026
Cəmiyyət

Qarabağ müharibələrinin itkinləri ilə bağlı SON RƏQƏMLƏR

Sentyabr 1, 2026

XƏBƏR LENTİ

Azərbaycanda estetik və plastik əməliyyatlara qadağa qoyulur

01 Sentyabr, 26 / 19:57

Sabah İrəvan QARIŞA bilər

01 Sentyabr, 26 / 19:42

Bağçada uşağın qanından psixotrop maddə tapıldı – RƏSMİ AÇIQLAMA

01 Sentyabr, 26 / 19:28

Sənaye məqsədilə götürülən 10 min litr su üçün bu qədər ödəniş ediləcək

01 Sentyabr, 26 / 19:14

Ermənistandan Azərbaycana balıq, içki və metal gətiriləcək

01 Sentyabr, 26 / 19:00

Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir – İlham Əliyev

01 Sentyabr, 26 / 18:47

Qarabağ müharibələrinin itkinləri ilə bağlı SON RƏQƏMLƏR

01 Sentyabr, 26 / 18:33

Azərbaycan və Ermənistan yeni yerüstü yollar yaradır – Prezident açıqladı

01 Sentyabr, 26 / 18:20

Bişkekdə maraqlı an: İran Prezidenti qızı ilə Azərbaycan dilində danışdı – VİDEO

01 Sentyabr, 26 / 18:08

Prezident İlham Əliyev: Ermənistanla birlikdə qarşılıqlı ticarətin həcminin artırılması üzərində işləyirik

01 Sentyabr, 26 / 17:55
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.