Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Sentyabrın sonunda Bakıya turist axını olacaq

Cəmiyyət

2026-cı il Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində Bakı Şəhər Halqasında yeni tribuna quraşdırılıb.

Cagdas.az  xəbər verir ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin məlumatına görə, buna yerli və xarici azarkeşlər arasında biletlərə tələbatın artması səbəb olub.

“City” adlandırılan yeni tribuna Azərbaycan Dövlət Akademik Musiqili Teatrının qarşısında yerləşir və 678 tamaşaçı tutumuna malikdir. Tribunanın yerləşdiyi nöqtə azarkeşlərə bolidləri trasın bir-birinə paralel iki sürətli hissəsində izləməyə imkan verəcək.

Azərbaycan Qran-Prisinin rəsmi satış səhifəsində müxtəlif kateqoriyalar üzrə biletlərin satışı davam edir. Məsələn, “City” tribunasına beynəlxalq qiymət böyüklər üçün 650 dollar, 2-16 yaşlılar üçün isə 460 dollar göstərilir.

Yarışa marağın artması Formula 1 həftəsində Bakıya gələcək turistlərin sayı, hotellərin doluluğu və paytaxtdakı qiymətlər məsələsini də yenidən gündəmə gətirir.
Bakıda 2026 Formula 1 Azərbaycan Qran-Prisi 24–26 sentyabrda keçiriləcək.\modern.az\