İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyadakı F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı və qırıcı sığınacaqları hədəfə alıb.
Referans Media “Tasnim”ə istinadən xəbər verir ki, Amerikanın İordaniyadakı Əl-Əzrəq bazasına ağır raket zərbələri endirilib.
“Təcavüzkarı cəzalandırmaq məqsədilə keçirilən bu əməliyyatda ballistik raketlərin ağır hücumu ilə F-35, F-16, F-15 qırıcılarının təmir-texniki xidmət, hazırlıq, dislokasiya anqarı, qırıcı sığınacaqları vurulmuş və düşmənə ağır ziyan dəyib”, – SEPAH-ın bəyanatında bildirilib və əlavə edilib ki, ABŞ-nin heç bir hücumu cavabsız qalmayacaq.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana aid beş neft tankerini məhv etdiyi barədə məlumat yayıb.
















