Son dəqiqə
Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO
Reklam
Reklam

İranda benzinin qiyməti ikiqat artdı

Dünya

İran hökuməti benzinin üçüncü tarif üzrə qiymətini iki dəfə artırıb. Belə ki, bu tarif çərçivəsində benzinin 1 litrinin qiyməti 50 min rialdan 100 min riala yüksəldilib.

Cagdas.az xəbər verir ki, bu barədə sentyabrın 8-də İranın dövlət televiziya və radio şirkəti IRIB məlumat yayıb.

Eyni zamanda, benzinin ilk iki tarif üzrə qiymətində dəyişiklik edilməyib. Həmin tariflər üzrə 1 litr benzinin qiyməti müvafiq olaraq 15 min və 30 min rial olaraq qalır.

Yeni qiymət artımı yanacaq kartında nəzərdə tutulan bütün limitlərdən istifadə edildikdən sonra tətbiq olunan üçüncü tarifə aiddir. Əvvəllər bu tarif üzrə benzinin 1 litri 50 min riala satılırdı.\sfera.az\