Son dəqiqə
Kredit götürənlər üçün işsizlikdən sığorta məcburi olacaq Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar – İlham Əliyev “Rəqəmsal rabitə” informasiya sistemi yaradılıb – FƏRMAN Azərbaycan Avrasiyada birləşdirici ölkə kimi getdikcə daha mühüm rol oynayır Laosun AQEM-ə üzv qəbul edilməsini yüksək qiymətləndiririk – Prezident Azərbaycanın diplomatik korpusları önündəki aksiyalar nəyə xidmət edir… Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq Paşinyan sülh sazişinin 2031-ci ilədək imzalanacağını AÇIQLADI Azərbaycanda evlərin icbari sığortası ilə bağlı dəyişiklik hazırlanıb İlham Əliyev Bakıdakı Zirvə Toplantısında – FOTO
Reklam
Reklam

Zelenski Tramla nə vaxt görüşəcəyini açıqladı

Dünya

ABŞ Ukrayna ilə Rusiya arasında danışıqlar prosesinin qarşısını açıb və Prezident Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoffla Cared Kuşnerin səfəri bunun təsdiqidir.

Cagdas.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərlə söhbətində deyib.

Zelenskinin sözlərinə görə, ABŞ nümayəndələrilə görüş zamanı Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raketlərlə təmin olunması məsələsi də müzakirə edilib.

“Onlar bizə nəyin və hansı müddətə lazım olduğunu ətraflı dinlədilər. Mən 20-si ətrafında Prezident Trampla görüşəcəyimi və bu məsələni müzakirə edəcəyimizi gözləyirəm. İnşallah, nəticə olacaq. Bundan əlavə, mənim fikrimcə, biz üçtərəfli formata doğru irəliləyirik. Burada bütün detalları açıqlaya bilmərəm. Amerika tərəfi ilə razılaşdıq ki, əvvəlcə bütün bunları hazırlayaq, sonra cəmiyyətə məlumat verək”, – Zelenski bildirib.

Ukrayna Prezidenti görüşün əsas xüsusiyyətlərindən birinin ABŞ nümayəndələrinin həm Kiyevə, həm də Moskvaya səfər etməsi olduğunu vurğulayıb.

Onun sözlərinə görə, bu, yalnız siyasi dəstək siqnalı deyil, həm də Ukraynanın döyüş meydanında mövqeyinin və danışıqlardakı imkanlarının gücləndiyini göstərir.

“Amerika tərəfi də bunu deyir. Onların hərbçiləri və analitikləri də bunu etiraf edirlər. Bu faktdır. 2025-ci ilin sonundan etibarən döyüş meydanında güclənirik. Rusiyanın itkiləri çox, nailiyyətləri isə azdır. Ümumi mövqe təxminən belədir”, – Zelenski qeyd edib.

Prezident amerikalı nümayəndələrin Kiyevə səfər zamanı Rusiyanın paytaxta endirdiyi zərbələrin nəticələrini yerində görməsinin də vacib olduğunu bildirib.

Zelenski görüşdə taxıl və enerji məsələlərinin də müzakirə edildiyini deyib. O, bu məsələlərin həm Ukrayna və Rusiya, həm də dünya üçün həssas olduğunu vurğulayıb.

“Biz burada kompromis tapmağa hazırıq. Amma çox vacibdir ki, hazırda həm Ukraynanın, həm də Rusiyanın müəyyən addımlar atmalı olduğu bir vəziyyətdəyik. Yalnız Ukraynadan kompromis gözləmək olmaz. Kompromis baxımından artıq çox şey edilib”, – Ukrayna lideri bildirib.\modern.az\