• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21.9° Weather Columbus
$
1.7
€
1.9776
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Dünya

Azərbaycanla sərhəddə qorxulu 11 sentyabr ssenarisi

09 Sentyabr, 26 / 9:29
A A

İsrail bayram ərəfəsində İrandan hücum dalğası gözləyir; cənub qonşumuz yeni eskalasiyaya gedəcəkmi…

İranla İsrail arasında yeni genişmiqyaslı müharibə təhlükəsi yenidən gündəmə gəlib. İsrail Tehranın yəhudi Yeni ili – Roş-Ha-Şana günlərində ölkəyə genişmiqyaslı zərbə endirə biləcəyini iddia edir. İsrail mətbuatında mümkün eskalasiya üçün 11-13 sentyabr tarixləri göstərilir.

“Svobodnaya Pressa” xəbər verir ki, İsrail hakimiyyətinin bu xəbərdarlığı artıq ölkənin müdafiə naziri İsrael Kats tərəfindən də səsləndirilib. Kats İranın yəhudi bayramları zamanı hücum etməsinin mümkünlüyünü istisna etməyib və İsrailin həm müdafiəyə, həm də hücuma hazır olduğunu bildirib. İsrail müdafiə naziri daha sonra İsrail ordusunun rəhbərliyi qarşısında çıxışında İranın ağır iqtisadi təzyiq altında olduğunu və bunun Tehranda daha riskli qərarlara səbəb ola biləcəyini iddia edib.

Lakin məsələ bununla bitmir. İsrail kəşfiyyatına istinad edən məlumatlarda İran hakimiyyəti daxilində müharibənin davam etdirilməsi ilə bağlı fikir ayrılıqlarının yarandığı da irəli sürülür. İddiaya görə, İran İslam İnqilabı Keşikçiləri Korpusu – SEPAH ölkənin xarici siyasət kursunda həlledici rolunu qoruduğunu nümayiş etdirmək istəyir.

Rusiya hərbi mənbələri İsrail tərəfinin bu məlumatları açıq şəkildə yaymasını şübhəli hesab edir. Çünki kəşfiyyat həqiqətən İranın konkret hücum hazırlığında olduğunu müəyyənləşdiribsə, belə məlumatın müdafiə naziri tərəfindən açıq şəkildə elan edilməsi məntiqsiz görünür. Çünki bu halda qarşı tərəf öz planlarını dəyişə bilər. Ehtimallara görə, Tehran da hazırkı mərhələdə yeni müharibədə maraqlı olmaya bilər.

Yeri gəlmişkən, İranın Hörmüzdə gəmiçiliyi tamamilə dayandırması fonunda boğazın ilin sonuna qədər bağlı qalması ehtimalı gündəmə gəlib. Belə bir ssenarinin reallaşması qlobal enerji bazarında ciddi şok yarada, neft və qaz qiymətlərinin kəskin artmasına, daşımaların və sığorta xərclərinin bahalaşmasına səbəb ola bilər.

“Hörmüz boğazını Oman sahillərindən keçmək də təhlükəsiz deyil”. Bunu SEPAH Hərbi Dəniz Qüvvələri komandirinin müavini Əli Məhəmmədi deyib. SEPAH rəsmisi Oman sahillərindən keçən gəmilərin də İran ordusunun legitim hədəfləri olacağı barədə xəbərdarlıq edib.

“Gecədən səhərədək Hörmüz boğazının cənubundakı “Amerika dəhlizi”ndən təhlükəsiz keçmək faktiki olaraq mümkün deyil. Bu dəhlizə daxil olan istənilən gəmi Omanın Xəsəb bölgəsinə çatdıqdan sonra zərbəyə məruz qalmaq təhlükəsindən sığortalanmayacaq”, – o vurğulayıb. Əli Məhəmmədi qeyd edib ki, Xəsəb limanından keçmək “qanunu pozan gəmilər” üçün təhlükəsiz marşrutun sonu və İranın istənilən “qayda pozuntusu”na qarşı addımının başlanğıc nöqtəsi hesab edilə bilər.

“İran Vaşinqtonun nüvə proqramı ilə bağlı tələblərinə müqaviməti davam etdirərsə, üçüncü zərbə ilə üzləşə bilər”.

Bunu isə ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi deyib. “İran artıq iki zərbə alıb, lakin bunun nəticələrini hələ dərk etmir. Tehrana nüvə silahı əldə etməyə və uranı zənginləşdirməyə imkan verilməyəcək. Bir məqamda üçüncü zərbə lazım ola bilər. ABŞ Prezidenti Donald Tramp İranın inadkarlığından qıcıqlanır. Gərginliyin artdığı bir vaxtda bundan sonra nə olacağını heç kim bilmir”, – Hakabi qeyd edib.

Yaxın Şərqdə baş verənlər ətrafında söhbətləşdiyimiz professor Qabil Hüseynli İran-İsrail müharibəsinin yenidən alovlanmasının ABŞ-dən asılı olduğunu düşünür. Onun sözlərinə görə, Trampın iradəsi bu prosesdə mühüm rol oynayır. Qabil Hüseynli hesab edir ki, ABŞ-İsrail münasibətləri hazırkı dövrdə qənaətbəxş deyil və Netanyahu hökuməti seçkiləri uduza bilər.

Qabil Hüseynli səhhətindən danışdı: “Yoldaşım müalicə edir” | Modern.az

Politoloqun fikrincə, bu səbəbdən, ABŞ İsrail-İran müharibəsinin yenidən başlanmasında maraqlı görünmür: “Çünki İranın zərbələri İsrail hakimiyyətinin daxildə mövqeyini gücləndirəcək. Netanyahunun partiyası bu zaman təhlükəni nəzərə alaraq, əhalini səsverməyə çağıracaq. Bu da seçkilərdə onların qələbəsinə səbəb ola bilər. Tramp isə son aylarda Netanyahu ilə soyuq münasibət saxlayır. Yəni belə qənaətə gəlmək olar ki, ABŞ hökuməti İsraildə hakimiyyət dəyişikliyinin tərəfdarıdır. Bu baxımdan, müharibənin başlanması ehtimalını az sayıram”.

Qabil Hüseynli Yaxın Şərqdə gərginliyin onsuz da davam edəcəyini gözləyir və hesab edir ki, ABŞ özü İranla müharibə aparır, yəni İsrailin iştirakına zərurət yoxdur: “Fevral əməliyyatına və koalisiyanın zərbələrinə baxmayaraq, İranda siyasi sistem dayanıqlı çıxdı. Eyni zamanda bu nəticələr Trampı qane etmir və İrana hücumların başlamasında Netanyahunu da qismən günahlandırır. Yəni əlaqələrin soyumasına səbəb olan faktorlardan biri budur. Belə vaxtda isə İranın İsrailə zərbə endirməsi həm Netanyahunun seçkiqabağı “çörəyinə yağ çəkər”, həm də ABŞ üçün arzuolunmaz haldır. Əgər Netanyahunun partiyası qələbə qazanarsa, hə, onda Tramp münasibətləri yenidən nəzərdən keçirəcək”.

Müsahibimiz deyib ki, elə Ağ Ev lideri üçün də həlledici dövrdür və noyabrda aralıq seçkilərində qalib gəlməlidir: “Bütün bu siyasi səbəblər hərbi eskalasiyaya başlayıb-başlamamağa təsir edəcək. Üstəlik, heç İranın da maraqlarına uyğun deyil ki, İsrailə təkrar cəbhə açsın. Bu halda, ABŞ Tehrana daha güclü zərbələr endirməyə və müttəfiqini qorumağa məcbur olacaq. Bu nöqteyi-nəzərdən, İran üçün mürəkkəb dövrdür. Yəni neft gəlirləri azalıb, iqtisadi şərait pisləşir, Hörmüzdə vəziyyət ürəkaçan deyil, odur ki, İran özü zərbə endirməyə başlamayacaq”.

Politoloqun gözləntisi isə noyabrdan sonrakı tarixdir: “Bu müddətdə Yaxın Şərqdə vəziyyət daha da gərginləşə bilər. Biz oktyabr və noyabr seçkilərinin nəticələrini gözləməliyik. Zənnimcə, İran rejimi ilə yarımçıq qalan haqq-hesab çürüdüləcək. Şübhəsiz ki, Çin Tehrana əlahiddə dəstək verir, amma yenə də İranı belə yarımcan buraxmayacaqlar”.

Qeyd edək ki, İsrail baş naziri Benyamin Netanyahu bu ayın əvvəlində əsas hədəfi açıqlayıb. Yəhudi baş nazirin sözlərinə görə, ölkəsinin məqsədi İranda rejim dəyişikliyinə nail olmaqdır. “Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq qabiliyyətimizə əminəm. Yəni bu rejimi devirmək… Bu, hələ də qarşımızda duran əsas hədəfdir, ona nail olmaq artıq əlçatandır”, – deyə o bildirib. Netanyahunun sözlərinə görə, İran hazırda guya hər zamankından daha zəifdir və yaşamaq uğrunda mübarizə aparır.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bənzər Xəbərlər

Dünya

ABŞ kəşfiyyatı işçi tapa bilmir – Fahişə müştəriləri və zoofillərə qarşı iş qadağası götürüldü

 

Sentyabr 9, 2026
Dünya

Zelenski Tramla nə vaxt görüşəcəyini açıqladı

Sentyabr 8, 2026
Dünya

İranda benzinin qiyməti ikiqat artdı

Sentyabr 8, 2026
Dünya

Tramp: İran müharibəsində qalib gəldikdən sonra neft qiymətləri kəskin ucuzlaşacaq

Sentyabr 8, 2026
Dünya

Kanada ABŞ-a cavab verdi: Cavab rüsumları qüvvəyə mindi

Sentyabr 8, 2026
Dünya

İran hökumətində internet qadağası ilə bağlı müzakirələr başlayıb

Sentyabr 8, 2026

XƏBƏR LENTİ

ABŞ kəşfiyyatı işçi tapa bilmir – Fahişə müştəriləri və zoofillərə qarşı iş qadağası götürüldü

 

09 Sentyabr, 26 / 10:17

OPEK dağılacaq – Skott Bessent

09 Sentyabr, 26 / 10:02

Neft qiymətləri 100 dolların bir addımlığına çatdı

09 Sentyabr, 26 / 9:47

Azərbaycanla sərhəddə qorxulu 11 sentyabr ssenarisi

09 Sentyabr, 26 / 9:29

Bu ərazilərdə işıq OLMAYACAQ

09 Sentyabr, 26 / 9:15

Bakının bir sıra yollarında tıxac yaranıb

09 Sentyabr, 26 / 9:01

İndi tam zamanıdır: Bu qida sümükləri möhkəmləndirir

08 Sentyabr, 26 / 23:43

“Qızıl top”u özümə verərdim” – Mbappe

08 Sentyabr, 26 / 23:08

ÇL: Liqa mərhələsi başlayır, “Sabah” gözləyir

08 Sentyabr, 26 / 22:53

“Qarabağ” Koxalskinin gedişini açıqladı

08 Sentyabr, 26 / 22:39
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.