Türkiyənin tanınmış futbol mütəxəssisi Sergen Yalçın məşqçilik fəaliyyətinə verdiyi fasilədən sonra yenidən televiziya ekranlarına qayıdır.
Çağdaş.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis jurnalist Candaş Tolga Işık ilə birlikdə hazırlayacağı “10 Numara” adlı proqramda futbol gündəmini şərh edəcək.
Sergen Yalçın daha əvvəl də Candaş Tolqa Işıkla birlikdə KAFA Sports platformasında futbol verilişində çıxış edərək özünəməxsus təhlilləri ilə diqqət çəkmişdi.
Futbol şərhləri və sərt analizləri ilə tanınan Yalçının yeni layihəsinin azarkeşlər tərəfindən böyük maraqla gözlənildiyi bildirilir.
Xatırladaq ki, Sergen Yalçın mayın 18-də Serdal Adalı ilə görüş keçirmişdi. Həmin görüşdən sonra onun Beşiktaş JKla bağlı gündəmdə olan ehtimalların reallaşmadığı açıqlanmışdı.
Məşqçilik karyerasını davam etdirib-etdirməyəcəyi hələlik dəqiqləşməsə də, Sergen Yalçın yaxın müddətdə futbol meydanlarından deyil, televiziya ekranlarından izləyicilərlə görüşəcək.
















