• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20° Weather Columbus
$
1.7
€
1.9609
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sərnişinlərə VACİB XƏBƏR

03 Avqust, 26 / 16:19
A A

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarına dair yeni qaydaları təsdiqləyib. Yeni qaydalar daşıyıcılara göstərdikləri xidmətin dəyəri ilə sərnişinlərdən toplanan gedişhaqqı arasında yaranan fərqin subsidiya hesabına qarşılanmasını nəzərdə tutur.

Bəs bu mexanizm ictimai nəqliyyatın keyfiyyətinə, gedişhaqlarına və daşıyıcıların fəaliyyətinə necə təsir edəcək? Daşıyıcılara subsidiya verilməsi sərnişinlər üçün hansı üstünlükləri yarada bilər?

eldeniz.jpg (55 KB)

Cagdas.az xəbər verir ki mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Musavat.com-a açıqlamasında yeni mexanizmin həm sərnişinlər, həm də daşıyıcı şirkətlər baxımından müsbət nəticələr verə biləcəyini bildirib:

“Sadə dildə desək, mexanizm belədir: dövlət daşıyıcı şirkətləri subsidiyalaşdırır, maliyyələşdirir və bunun müqabilində daşıyıcı şirkətlərdən keyfiyyətli, təhlükəsiz və rahat xidmət tələb edir. Artıq daşıyıcı şirkətlər hansı marşrutda sərnişin sayının az və ya çox olmasından asılı olmayaraq, həmin marşrutda keyfiyyətli xidməti təmin etməyə borcludurlar.

Köhnə avtobusların olduğu marşrutlara bu subsidiyalar ayrılmayacaq. Bugünkü müasir tələblərə cavab verən, ekoloji cəhətdən təmiz, rahat və təhlükəsiz nəqliyyat vasitələrinin olduğu marşrutlara subsidiyalar ayrılacaq. Bu da daşıyıcı şirkətləri həvəsləndirəcək, stimullaşdıracaq ki, onlar marşrutlarda olan avtobusları yeniləsinlər”.

Mütəxəssis sərnişinlər üçün müsbət tərəflərdən də danışıb. Onun sözlərinə görə, yeni mexanizm nəticəsində avtobus xidmətlərinin daha sabit olması gözlənilir:

“Sərnişinlər üçün müsbət tərəflərdən danışdıqda isə onu demək lazımdır ki, daha sabit avtobus xidməti olacaq. Əvvəllər sərnişin sayı az olan marşrutlarda işləmək daşıyıcı şirkətlər üçün o qədər də sərfəli deyildisə, indi reyslər daha stabil olacaq. Sərnişin sayından asılı olmayaraq, daşıyıcı şirkətlər maraqlı olacaqlar ki, subsidiya verilən marşrutlarda işləsinlər və eyni zamanda sərnişinləri vaxtlı-vaxtında bir nöqtədən digər nöqtəyə çatdıra bilsinlər”.

Nəqliyyat ekspertinin sözlərinə görə, yeni mexanizmin daşıyıcı şirkətlər üçün də mühüm üstünlükləri var. O qeyd edib ki, subsidiya mexanizmi şirkətlərin maliyyə sabitliyinə müsbət təsir göstərə bilər.

“Daşıyıcı şirkətlər üçün bunun müsbət tərəflərindən biri də maliyyə sabitliyinin yaranmasıdır”, – deyə Eldəniz Cəfərov əlavə edib.

Bənzər Xəbərlər

Cəmiyyət

Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı açıqlanıb

Avqust 3, 2026
Cəmiyyət

Əli Əsədov yeni qərar imzaladı

Avqust 3, 2026
Cəmiyyət

Dövlət sektorunda evdən işləyənlərin sayı artacaq – DEPUTAT

Avqust 3, 2026
Cəmiyyət

Təhsil tələbə kreditinə müraciət başladı – ŞƏRTLƏR

Avqust 3, 2026
Cəmiyyət

Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçildi

Avqust 3, 2026
Cəmiyyət

Yeni metro keçidi hansı ərazidə tikilir? – Rəsmi məlumat

Avqust 3, 2026

XƏBƏR LENTİ

Məişət zorakılığı ilə bağlı müraciətlərin sayı açıqlanıb

03 Avqust, 26 / 17:38

Əli Əsədov yeni qərar imzaladı

03 Avqust, 26 / 17:27

Dövlət sektorunda evdən işləyənlərin sayı artacaq – DEPUTAT

03 Avqust, 26 / 17:13

Təhsil tələbə kreditinə müraciət başladı – ŞƏRTLƏR

03 Avqust, 26 / 16:59

Ruben Rubinyan Ermənistan parlamentinin yeni sədri seçildi

03 Avqust, 26 / 16:46

Yeni metro keçidi hansı ərazidə tikilir? – Rəsmi məlumat

03 Avqust, 26 / 16:33

Sərnişinlərə VACİB XƏBƏR

03 Avqust, 26 / 16:19

Zərərsizləşdirililmiş minaların sayı açıqlandı

03 Avqust, 26 / 16:04

Elektron siqaret qadağası ilə bağlı bəzi qanunlara dəyişiklik edildi

03 Avqust, 26 / 15:55

Azərbaycan–Gürcüstan dəmir yolu ilə sərhəd keçidi sürətləndirilir

03 Avqust, 26 / 15:40
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.