Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sevil Əliyeva: “9 ildir ki, Bakıda, ata evimdə yaşayıram”

Cəmiyyət
Ümummilli Lider Heydər Əliyevin qızı, bəstəkar, “Şöhrət” ordenli Sevil Əliyeva yeni paylaşım edib.

Cagdas.az  xəbər verir ki, Sevil Əliyeva hazırda Azərbaycanda yaşadığını bildirib:

“Əziz Bacı və Qardaşlar,

Mənə göstərdiyiniz diqqətə, ünvanıma söylədiyiniz xoş sözlərə, səmimi arzulara və daim hiss etdiyim dəstəyə görə hər birinizə ürəkdən təşəkkür edirəm. Bu səmimi münasibət və sevgi mənim üçün çox dəyərlidir.

Uzun illər xaricdə yaşadığım üçün bir çox insanlar hələ də mənim Azərbaycandan kənarda olduğumu düşünürlər. Məlumat üçün bildirmək istəyirəm ki, 2017-ci ildən etibarən Bakıda, ata evimdə yaşayıram və həyatımı doğma Vətənimdə davam etdirirəm.

Hər birinizə möhkəm cansağlığı, firavanlıq, xoşbəxtlik və uğurlar arzulayıram. Hörmətlə, sizin Sevil Əliyeva”.(ölkə.az)