• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.2° Weather Columbus
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Şəxsin xəbəri olmadan yazılan səs sübut ola bilərmi? - Məhkəmənin mövqeyi

 

10 Sentyabr, 26 / 10:21
A A

Mülki məhkəmə icraatında şəxsin məlumatı və razılığı olmadan gizli şəkildə əldə edilmiş səs yazısının sübut kimi istifadə edilməsi məsələsinə Şirvan Kommersiya Məhkəməsi tərəfindən hüquqi qiymət verilib.

Çağdaş.Az xəbər verir ki, bu barədə vəkil Vüsal Cəfərov məlumat verib.

Vəkilin sözlərinə görə, Şirvan Kommersiya Məhkəməsinin icraatında olmuş mülki iş üzrə məhkəmə tərəfin təqdim etdiyi audioyazıların qarşı tərəfin məlumatı və razılığı olmadan gizli şəkildə əldə edildiyi halda, həmin məlumatların sübut kimi istifadəsinin yolverilməz olması mövqeyindən çıxış edib.

Məhkəmə bu məsələyə yalnız Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinin tətbiqi baxımından deyil, həm də “qanunsuz sübut” anlayışının mahiyyəti baxımından yanaşıb. Qeyd olunub ki, qanunsuz sübut həm məlumatın qanuna zidd hərəkət nəticəsində əldə edilməsi, həm də qanuni əldə edilmiş məlumatdan qanuna zidd şəkildə istifadə olunması formasında meydana çıxa bilər.

Məhkəmənin yanaşmasına əsasən, şəxsin səsi, görüntüsü və şəxsiyyəti ilə bilavasitə bağlı digər məlumatlar şəxsi toxunulmazlığın tərkib hissəsi hesab olunur. Bu səbəbdən şəxsin iradəsindən kənar onun səsinin yazılması və sonradan həmin yazının məhkəmə prosesində onun əleyhinə istifadə edilməsi yalnız prosessual sübut məsələsi deyil, eyni zamanda şəxsiyyət hüquqlarına müdaxilə kimi qiymətləndirilə bilər.

Vüsal Cəfərov bildirib ki, Mülki Prosessual Məcəllənin 76-cı maddəsinə əsasən səs və video yazıları prinsip etibarilə sübut vasitəsi sayılsa da, bu, onların bütün hallarda məhkəmə tərəfindən qəbul ediləcəyi demək deyil. Burada əsas məsələlərdən biri məlumatın hansı üsulla əldə edilməsidir.

“Əgər məlumat qanunun və şəxsi toxunulmazlıq hüququnun tələbləri pozulmaqla əldə edilibsə, belə məlumatdan sübut kimi istifadə edilməsinə yol verilmir. Başqa sözlə, sübutun məzmunu ilə yanaşı, onun hansı şəraitdə və hansı üsulla əldə edilməsi də hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır”, – deyə vəkil qeyd edib./E-huquq.az/

Şəbnəm Mehdizadə

Bənzər Xəbərlər

Cəmiyyət

Bakıda kirayə ev axtaranların nəzərinə: yaxın aylarda…- Ən real ssenari

Sentyabr 10, 2026
Cəmiyyət

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

Sentyabr 10, 2026
Cəmiyyət

Həkimlərin ödənişi belə hesablanacaq - RƏSMİ

Sentyabr 9, 2026
Cəmiyyət

MİQ və sertifikasiya imtahanlarında dəyişiklik OLACAQ - Emin Əmrullayev AÇIQLADI

Sentyabr 9, 2026
Cəmiyyət

Onlayn kredit götürənlərin NƏZƏRİNƏ

Sentyabr 9, 2026
Cəmiyyət

Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək

Sentyabr 9, 2026

XƏBƏR LENTİ

Bakıda kirayə ev axtaranların nəzərinə: yaxın aylarda…- Ən real ssenari

10 Sentyabr, 26 / 11:47

Rusiyada yaşayan azərbaycanlıların nəzərinə! – Putin tapşırıq verdi

10 Sentyabr, 26 / 11:30

İlham Əliyev Fərman İMZALADI

10 Sentyabr, 26 / 11:18

100 minə qədər şəxsin müavinətləri ilə bağlı qərar

10 Sentyabr, 26 / 10:36

Şəxsin xəbəri olmadan yazılan səs sübut ola bilərmi? - Məhkəmənin mövqeyi

 

10 Sentyabr, 26 / 10:21

Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr

10 Sentyabr, 26 / 10:06

DİN əməliyyat keçirdi: Saxlanılanlar var

10 Sentyabr, 26 / 9:53

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

10 Sentyabr, 26 / 9:40

Azərbaycan neftinin qiyməti 113 dolları keçib

10 Sentyabr, 26 / 9:28

Milli Məclisin payız sessiyası çərçivəsində komitələrin iclası başlayır

10 Sentyabr, 26 / 9:14
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.