Son dəqiqə
Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat Prezidentin sosial şəbəkə hesablarına hücumun detalları açıqlanıb Nəsimi Musayevin məhkəməsinin yeri bilindi – İrəvanda olmayacaq Ölkələr Rusiya ilə əməkdaşlığı bərpa edir: BMT-də yeni vəziyyət

Şiddətli partlayış ola bilər – Xəbərdarlıq

Cəmiyyət

Sentyabrın 11-i və 12-də Günəş səthindəki partlayış aktivliyinin ümumilikdə zəif olacağı proqnozlaşdırılsa da, güclü partlayışların qeydə alınması da istisna olunmur.

Cagdas.az  xəbər verir ki, bu barədə TASS-a Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Günəşdəki partlayış aktivliyi sentyabrın 11 və 12-də əsasən aşağı səviyyədə olacaq. Lakin M sinfinə aid partlayışların baş verməsi mümkündür”, – deyə qurumun məlumatında qeyd olunur.

Rentgen şüalanmasının gücündən asılı olaraq Günəş partlayışları beş əsas sinfə ayrılır: A, B, C, M və X. Ən zəif hesab edilən A0.0 sinfi Yer orbitində hər kvadratmetrə 10 nanovatt şüalanma gücünə bərabərdir. Hər növbəti hərfə irəlilədikcə şüalanmanın gücü on dəfə artmış olur. Bu cür partlayışlar çox vaxt Günəş plazmasının atılması ilə müşayiət olunur və həmin plazma buludları Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər./oxu.az/