SOCAR prezidenti Rövşən Nəcəf özünə yeni müşavir təyin edib.
Cagdas.az NOCOMMENT.az-a istinadən xəbər verir ki, bununla bağlı Rövşən Nəcəf müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Səriyyə Bünyatova SOCAR prezidentinin müşaviri təyin olunub.
O, 2023-cü ildən yeni təyinatadək SOCAR-ın vitse-prezidentinin müşaviri vəzifəsində, 2021-2023-cü illərdə isə İqtisadiyyat Nazirliyində çalışıb.
















