Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

SON DƏQİQƏ! Türkiyə sahillərində HƏYƏCAN: 11 azərbaycanlı TƏHLÜKƏDƏ

Cəmiyyət

Qara dənizdə Türkiyənin Kastamonu vilayəti sahillərində Palau bayrağı altında üzən “Svetoslava” yük gəmisinə su dolmağa başlayıb və batma təhlükəsi ilə üzləşib.

Cagdas.az xəbər verir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

Məlumatda bildirilir ki, gəmidən 13 heyət üzvü, o cümlədən 11 Azərbaycan vətəndaşı təxliyə edilib.

Hadisə saat 03:00 radələrində baş verib. Gəminin korpusu və mühərrik bölməsi yerləşən əraziyə su dolmağa başlayıb.

Yardım siqnalı daxil olduqdan sonra hadisə yerinə Türkiyə Sahil Mühafizə Xidmətinin iki gəmisi və bir kateri cəlb olunub.

“TCSG-96” katerindəki xilasedicilər 13 heyət üzvünü – 11 Azərbaycan, 1 Türkiyə və 1 Rusiya vətəndaşını aşkar ediblər. Heyət gəmini qapalı xilasetmə qayığında tərk edib və sahilə çıxarılıb.

Təxliyə olunanlar İneboludakı Sahil Mühafizə pirsine gətirilib, daha sonra tibbi müayinədən keçmək üçün İnebolu Dövlət Xəstəxanasına göndəriliblər. Türkiyə DİN-in məlumatına görə, xilas edilənlərin hamısının səhhəti yaxşı qiymətləndirilir.

Həmçinin bildirilir ki, su dolduqdan sonra gəmi sürünməyə (dreyf etməyə) başlayıb.\musvat.com\