• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
28.1° Weather Columbus
$
1.7
€
1.961
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Sosial şəbəkələrdə valideyn nəzarəti məcburi olacaq

05 Avqust, 26 / 18:49
A A

İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara dəyişiklik edilməsi barədə qanun layihəsi hazırlanıb.

Cagdas.az xəbər verir ki, layihə Azərbaycan Respublikası Prezidentinin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanıb.

Sənədə əsasən, sosial şəbəkələrdə fərdi rəqəmsal hesab açılması üçün minimum yaş həddi 16 yaş müəyyən edilir. Bununla yanaşı, 16-18 yaş arasında olan yeniyetmələrin sosial şəbəkələrdə hesab yaratması, ondan istifadə etməsi və məzmun paylaşması yalnız qanuni nümayəndələrinin razılığı və nəzarəti ilə mümkün olacaq.

Qanun layihəsində platforma provayderləri üçün də yeni öhdəliklər nəzərdə tutulur. Belə ki, istifadəçilərin yaşının dəqiqləşdirilməsi üçün bank kartı, elektron poçt və mobil telefon nömrəsi üzrə məlumatların yoxlanılması kimi texniki mexanizmlər tətbiq ediləcək. Zərurət yarandıqda aidiyyəti dövlət qurumlarının razılığı ilə digər texniki üsullardan da istifadə oluna biləcək.

Eyni zamanda, 16-18 yaş arası istifadəçilərin hesablarında paylaşılacaq məzmun və reklamlar, eləcə də platformadan istifadə vaxtı valideyn tərəfindən idarə olunacaq. Bu məqsədlə sosial şəbəkələrdə valideyn nəzarəti funksiyalarının yaradılması tələb ediləcək. Platformalar istifadəçilərin davranışlarını təhlil etməli, yaşla bağlı şübhə yarandıqda isə təkrar yoxlama aparmalıdır.

Layihədə şəxsi məlumatların qorunmasına da xüsusi yer ayrılıb. Yaşın yoxlanılması üçün toplanan məlumatların saxlanılması, üçüncü şəxslərə ötürülməsi, həmçinin kommersiya və ya hədəfli reklam məqsədilə istifadəsi qadağan edilir. Bundan əlavə, istifadəçi yetkinlik yaşına çatdıqda onun əvvəlki profil və məlumatlarının sistemdən tam silinməsi təmin olunmalıdır.

Yeni tələblərə əsasən, 16-18 yaş arası istifadəçilərin hesablarında konfidensiallıq parametrləri avtomatik olaraq ən yüksək səviyyədə qurulacaq, məkan məlumatlarının paylaşılması məhdudlaşdırılacaq və gücləndirilmiş təhlükəsizlik rejimi tətbiq ediləcək.

Bununla yanaşı, uşaqlarda asılılıq yaradan manipulyativ dizayn elementlərinin – sonsuz sürüşdürmə (infinite scroll), videoların avtomatik səsləndirilməsi (autoplay) kimi funksiyaların istifadəsi, eləcə də zərərli məzmun və reklamların nümayişi qadağan olunacaq.

Qanun layihəsində qeyd edilir ki, bu tələblər bütün rəqəmsal platformalara şamil edilməyəcək. Təhsil, səhiyyə və peşəkar-işgüzar münasibətlərin qurulmasına xidmət edən platformalar istisna təşkil edəcək.

Sənədə əsasən, Azərbaycanda istifadəçilərə xidmət göstərən sosial şəbəkə platformalarının dövlət qeydiyyatına alınması da təklif olunur. Qeydiyyatdan keçməyən platformalar üçün mərhələli maliyyə sanksiyaları, reklam məhdudiyyətləri və internet trafikinin məhdudlaşdırılması kimi tədbirlərin tətbiqi nəzərdə tutulur.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

Avqust 5, 2026
Cəmiyyət

“Nəriman Nərimanov” metrosu ətrafında dəyişiklik – Sərnişinlərə xəbərdarlıq

Avqust 5, 2026
Cəmiyyət

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

Avqust 5, 2026
Cəmiyyət

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Avqust 5, 2026
Cəmiyyət

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

Avqust 5, 2026
Cəmiyyət

Azərbaycanda sürücüsüz avtomobillər: Bəs sürücülər işini itirəcək?

Avqust 5, 2026

XƏBƏR LENTİ

70 yaşdan yuxarı şəxslərə kredit verilirmi?

05 Avqust, 26 / 19:26

“Nəriman Nərimanov” metrosu ətrafında dəyişiklik – Sərnişinlərə xəbərdarlıq

05 Avqust, 26 / 19:13

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə 14 vaqon buğda göndəriləcək

05 Avqust, 26 / 19:02

Sosial şəbəkələrdə valideyn nəzarəti məcburi olacaq

05 Avqust, 26 / 18:49

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

05 Avqust, 26 / 18:36

Məleykə Abbaszadədən abituriyentlərə VACİB ÇAĞIRIŞ

05 Avqust, 26 / 18:22

Azərbaycanda sürücüsüz avtomobillər: Bəs sürücülər işini itirəcək?

05 Avqust, 26 / 18:08

Azərbaycanda kişilər üçün pensiya yaşı yenidən artırıla bilər? – İqtisadçıdan diqqətçəkən açıqlama

05 Avqust, 26 / 17:56

Azərbaycanda bu şəxslər 50 min manatadək cərimələnəcək

05 Avqust, 26 / 17:43

Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində nə qədər olacaq?

05 Avqust, 26 / 17:29
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.