Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsinin vətəndaşa qarşı dələduzluq və sənədlərin saxtalaşdırılması ilə bağlı ciddi iddia gündəmə gəlib.
Cagdas.az xəbər veriri ki zərərçəkən vətəndaş Türker Əliyevanın Referans Media-ya verdiyi məlumata görə, 04 iyul 2026-cı il tarixində özünün xəbəri və iştirakı olmadan adından rəsmi sənədlər tərtib edilib və saxta imzalar atılıb.
İddiaya əsasən, qanunsuz əməl İdarənin Qeydiyyat şöbəsinin Bünyamin adlı əməkdaşı tərəfindən törədilib. Vətəndaş bildirir ki, həmin əməkdaş vətəndaşın mərkəzdə olmadığı halda sənədlərə saxta imza atdığını və bu iş müqabilində 15 000 AZN pul aldığını boynuna alaraq etiraf edib.
Məsələ ilə bağlı aidiyyəti hüquq-mühafizə organlarına — Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə və DİN-ə müraciət olunması nəzərdə tutulub. Hadisə günü İdarədəki təhlükəsizlik kameralarının kadrlarının araşdırılması və sənədlər üzrə xətşünaslıq ekspertizasının keçirilməsi tələb olunur.
















