Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sürücüləri bezdirən yol təmirləri: NƏ VAXT BİTƏCƏK?

Cəmiyyət

Paytaxtın Hüseyn Cavid prospektinin Seyfəddin Dağlı küçəsindən Mikayıl Müşfiq küçəsinədək olan hissəsində bir neçə gündür davam edən yol-təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq olunub. 

Bununla yanaşı, paytaxtın Səbail rayonu üzrə Bünyad Sərdarov küçəsində, eləcə də Nəsimi rayonu üzrə Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan hissəsində də aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudlaşdırılıb.

Paytaxtın bir sıra küçələrində günlərdir davam edən yol-təmir işləri sürücülərin gündəlik hərəkətini çətinləşdirib. Hərəkətə tətbiq olunan məhdudiyyətlər səbəbindən sürücülər mənzil başına çatmaq üçün alternativ yollardan istifadə etməyə məcbur qalırlar.

Bu isə xüsusilə pik saatlarda həmin yollarda da nəqliyyat sıxlığının artmasına və əlavə vaxt itkisinə səbəb olur. Sürücülər təmir işlərinin mümkün qədər qısa müddətdə başa çatdırılmasını gözlədiklərini bildirirlər.

Hazırda aparılan yol-təmir işlərinin nə vaxt yekunlaşdırılması planlaşdırılır?

Cagdas.az  xəbər verir ki, “Cebheinfo.az”-a açıqlamasında  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, təmir işləri şəhərdə məktəb və universitetlərin, həmçinin insanların böyük hissəsinin tətildə olduğu, hərəkət intensivliyinin nisbətən azaldığı dövrdə həyata keçirilir:

“Bu işlər yalnız həftəsonu və ya sutkanın gecə saatlarında icrası mümkün olan lokal təmir prosesləri deyil. Hazırda ərazilərdə irimiqyaslı və kompleks təmir işləri aparılır. İşlər əvvəlcədən hazırlanmış qrafikə uyğun, digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə həyata keçirilir.

Bəzi ərazilərdə kommunikasiya xətlərinin yenilənməsi zərurəti yarandığından prosesin müddəti uzana bilər. Lakin bütün işlər nəzarət altında saxlanılır və müəyyən olunmuş qrafikə uyğun icra edilir. Əsas məqsəd şəhər sakinləri üçün daha rahat, təhlükəsiz və keyfiyyətli gediş-gəliş imkanlarının təmin olunmasıdır”.