Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Şuşadakı tarixi abidələrə görə 2 milyon manatdan çox vəsait ayrılır

Cəmiyyət
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsi Şuşa şəhərində yerləşən abidələrin bərpa-konservasiyası işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

Cagdas.az Oxu.az-a istinadən xəbər verir ki, tenderin qiyməti 2 milyon 461 min 587,40 manat təşkil edib.

Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində Şuşa şəhərində yerləşən altı memarlıq abidəsinin bərpa-konservasiyası işlərinin birinci mərhələsinin həyata keçirilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində Cahangir bəyin yaşayış evi də daxil olmaqla tarixi abidələrdə konservasiya və bərpa işləri, divarların möhkəmləndirilməsi, çatların inyeksiya üsulu ilə bərkidilməsi, daş və hörgü elementlərinin bərpası, polad boruların quraşdırılması, zondaj və digər mühəndis-bərpa işlərinin görülməsi planlaşdırılır.