Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsində 2-ci turun oyunları keçiriləcək.
Azərbaycan çempionu “Sabah” Liqa mərhələsində ilk ev oyununa çıxacaq. Komandamız Bakıda “Slaviya”nı (Praqa) qəbul edəcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək matçı avstriyalı hakimlər idarə edəcəklər.
Oyun Bakı vaxtı ilə saat 20:45 start götürəcək.
Cagdas.az -ın məlumatına görə, qarşılaşma İctimai Televiziyada canlı yayımlanacaq.
Saat 23:00-da başlayacaq “Qalatasaray” – “Barselona” matçını isə CBC Sport telekanalı efirə verəcək\modern.az\


