Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Taksi sürücülərinə imtahan keçiriləcək

Cəmiyyət

Dövlət İmtahan Mərkəzi (DİM) xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücüləri üçün oktyabrın 1-də imtahan keçirəcək.

DİM-dən Cagdas.az-a bildirilib ki, imtahanda iştirak etmək üçün müvafiq qurumlar tərəfindən sürücü olmaq istəyən şəxslərin məlumatları mərkəzə təqdim olunub.

Həmin şəxslər avqustun 24-ü saat 12:00-dan sentyabrın 20-si saat 18:00-dək qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak etmək istəyən şəxslər ilk növbədə DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, daha sonra müvafiq elektron xidmət vasitəsilə qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra hesablarına 35 manat məbləğində vəsait əlavə etməlidirlər. Qeydiyyatdan keçdikdən sonra imtahanda iştirak etməyən namizədlərə ödənilən məbləğ geri qaytarılmır.

Test imtahanı DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) və Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə keçiriləcək.

Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in internet saytındakı müvafiq elektron xidmət vasitəsilə əldə edə biləcəklər.

İmtahanın müddəti 1 saatdır. Namizədlərə sürücülərin etik davranışı və avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq proqramını əhatə edən 20 test tapşırığı təqdim olunacaq.

Hər düzgün cavab 1 balla qiymətləndiriləcək, səhv cavablar isə düzgün cavabların nəticəsinə təsir göstərməyəcək.

On və daha çox bal toplayan namizədlər imtahanı müvəffəqiyyətlə vermiş hesab olunacaqlar. Onlara 7 il müddətində etibarlı olan şəhadətnamə təqdim ediləcək.\modern.az\