• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
22.9° Weather Columbus
$
1.7
€
1.986
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Tanrının əli” dəyən top 2,5 milyona satıldı

24 Avqust, 26 / 23:00
A A

Argentina millisinin əfsanəvi futbolçusu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında İngiltərəyə qarşı “Tanrının əli” kimi tarixə düşən qolunu vurduğu top hərracda 2,5 milyon funt sterlinqə satılıb.

Cagdas.az xəbər verir ki, top ABŞ-də keçirilən “Heritage Auctions” hərracında 3,3 milyon dollara (2,5 milyon funt sterlinq) alıcı tapıb.

Xatırladaq ki, Maradona 1986-cı ildə Meksikada keçirilən Dünya Çempionatının 1/4 finalında İngiltərəyə qarşı matçın 51-ci dəqiqəsində topu əli ilə qapıya göndərərək Argentina yığmasını hesabda önə keçirib. Baş hakim qolu qeydə alıb və argentinalılar qarşılaşmanı 2:1 hesabı ilə qazanıblar. Maradona oyundan sonra qol barədə “bir az Maradonanın başı, bir az da Tanrının əli ilə” ifadəsini işlədib. Məhz bundan sonra epizod futbol tarixində “Tanrının əli” adı ilə məşhurlaşıb.

Eyni qarşılaşmada Maradona daha bir tarixi qola imza atıb. O, öz meydançasından irəliləyərək İngiltərənin beş futbolçusunu keçib və qapıçı Piter Şiltonu da aldatdıqdan sonra topu tora göndərib. Bu qol sonradan “Əsrin qolu” adlandırılıb. Hərraca çıxarılan Adidas Azteca topunu həmin oyunun tunisli baş hakimi Əli Bin Nasir matç başa çatdıqdan sonra götürərək 30 ildən çox müddət ərzində saxlayıb.

Bin Nasir 2023-cü ildə imzaladığı məktubla həmin topun matç boyunca istifadə olunan yeganə top olduğunu təsdiqləyib. Daha sonra bu məlumat müstəqil ekspertiza ilə də təsdiqlənib. Maraqlıdır ki, topun hərracda 10 milyon dollara (7,3 milyon funt sterlinq) yaxın qiymətə satılacağı gözlənilirdi. Lakin yekunda 3,3 milyon dollara alıcı tapılıb.

Bin Nasir topu 2022-ci ildə 2,37 milyon dollara (1,74 milyon funt sterlinq) satmışdı. Yeni sahibi isə 2023-cü ildə topu yenidən hərraca çıxarsa da, təkliflər müəyyən edilmiş minimum qiymətə çatmadığı üçün satış baş tutmamışdı.

Qeyd edək ki, Maradonanın həmin İngiltərə-Argentina qarşılaşmasında geyindiyi forma isə 2022-ci ildə keçirilən hərracda 7,1 milyon funt sterlinqə satılıb.\modern.az\

Bənzər Xəbərlər

Cəmiyyət

Ali məktəblərə qəbul olunanların qeydiyyat tarixləri açıqlanıb

Avqust 24, 2026
Cəmiyyət

Bakıda 40 küçə və prospekt təmir olundu

Avqust 24, 2026
Cəmiyyət

Azərbaycanın bu kəndində 150 min adam yaşayır

Avqust 24, 2026
Cəmiyyət

Bu BÜRCLƏRİ romantik günlər gözləyir

Avqust 24, 2026
Cəmiyyət

Bakı metrosunda interval azalacaq? – Rəsmi

Avqust 24, 2026
Cəmiyyət

Ağdamda yanğın

Avqust 24, 2026

XƏBƏR LENTİ

Ali məktəblərə qəbul olunanların qeydiyyat tarixləri açıqlanıb

24 Avqust, 26 / 23:30

Bakıda 40 küçə və prospekt təmir olundu

24 Avqust, 26 / 23:16

“Tanrının əli” dəyən top 2,5 milyona satıldı

24 Avqust, 26 / 23:00

Azərbaycanın bu kəndində 150 min adam yaşayır

24 Avqust, 26 / 22:47

Ağ Evin sirri açıldı: 18 metr dərinlikdə GİZLİ BUNKER

24 Avqust, 26 / 22:34

Almaniya istilərə görə 36 milyard avro itirdi

24 Avqust, 26 / 22:21

Bu BÜRCLƏRİ romantik günlər gözləyir

24 Avqust, 26 / 21:53

Bakı metrosunda interval azalacaq? – Rəsmi

24 Avqust, 26 / 21:38

Ağdamda yanğın

24 Avqust, 26 / 21:25

Şəhərətrafı qatarların hərəkət cədvəli dəyişir

24 Avqust, 26 / 21:13
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.