• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
23.7° Weather Columbus
$
1.7
€
1.9703
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

“Teatrı sökdü, yerində 22 mərtəbəli göydələn tikdi” – Polad Bülbüloğlu ilə bağlı YENİ İDDİALAR

31 Avqust, 26 / 16:49
A A

Tanınmış jurnalist, Rəşid Behbudov Fondunun direktoru və “Space” TV-nin sabiq icraçı direktoru Kamil Şahverdi Xalq artisti, tanınmış bəstəkar və müğənni, ictimai-siyasi xadim Polad Bülbüloğlu ilə bağlı bir sıra iddialar irəli sürüb.

Cagdas.az  xəbər verir ki, Kamil Şahverdi Polad Bülbüloğlunun mədəniyyət naziri olduğu dövrlə bağlı indiyədək ictimaiyyətə açıqlamadığı məlumatları paylaşıb.

Jurnalist iddia edir ki, Polad Bülbüloğlunun 1988-2006-cı illərdə mədəniyyət naziri olduğu dövrdə milli mədəniyyətə ciddi zərər vurulub. K. Şahverdi xüsusilə Bakı Xoreoqrafiya Məktəbinin teatr binasının sökülməsi və ərazisinin satılması ilə bağlı iddialar səsləndirib:

“1988-ci ildə Əbdürrəhman Vəzirov tərəfindən mədəniyyət naziri təyin edilən Polad Bülbüloğlu 18 il bu postda çalışdı. Onun milli mədəniyyətimizə vurduğu zərbələri sadalamaq üçün cildlərlə kitab yazmaq olar. 1980-ci illərə qədər Bakı Xoreoqrafiya Məktəbi Nizami Kino Mərkəzinin yanında, AzərTAc binasının arxasında yerləşirdi. Məktəb Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi ilə eyni binada fəaliyyət göstərirdi. Bina çox köhnə və darısqal olduğundan, sənətə və sənətkarlara yüksək qiymət verən, onların qayğılarına diqqətlə yanaşan, yaradıcılıqlarını izləyən və hər vasitə ilə dəstək olan Heydər Əliyev Bakı Xoreoqrafiya Məktəbi üçün yeni binanın tikilməsi barədə göstəriş verdi.

Binanın layihələndirilməsinə ən yaxşı mütəxəssislər cəlb olundu. Bu, adi məktəb binası deyildi. Bütün infrastrukturu ilə bəlkə də dünyanın nadir xoreoqrafiya mərkəzlərindən biri idi.
1985-ci ildə Bakı Xoreoqrafiya Məktəbi yeni, müasir və həsəd aparılacaq binaya köçdü. Keçmiş SSRİ-nin digər respublikalarında məhz xoreoqrafiya sənəti üçün nəzərdə tutulmuş belə bir binaya malik məktəb yox idi. Heydər Əliyev Bakı Xoreoqrafiya Məktəbini nəinki ölkəmizdə, bütün regionda xoreoqrafiya mərkəzinə çevirmək istəyirdi.
Məktəbdə balet sənətinin tədrisi üçün bütün şərait yaradılmışdı. Məktəbin arxasında hətta teatr binası da inşa edilmişdi. Bu teatr şagirdlərin inkişafı, kiçik yaşlarından səhnəyə alışmaları baxımından olduqca vacib idi. 1988-ci ildən 2006-cı ilə qədər mədəniyyət naziri olan Polad Bülbüloğlunun milli mədəni irsə münasibətinin Bakı Xoreoqrafiya Məktəbinin teatr binasından da yan keçmədiyini iddia edirəm.

1990-cı illərdə ölkədəki gərgin ictimai-siyasi vəziyyətdən şəxsi məqsədləri üçün istifadə edən Polad Bülbüloğlu Bakı Xoreoqrafiya Məktəbinin teatr binasını da varlanmaq hərisliyinə qurban verdi”.

Kamil Şahverdi qeyd edib ki, teatr binasını və onun yerləşdiyi ərazini satmaq üçün Xoreoqrafiya Məktəbinin direktorunun müvafiq sənədləri imzalaması tələb olunurdu. Onun sözlərinə görə, həmin dövrdə məktəbin direktoru olan Rimma Məmmədova belə bir sənədə imza atmaqdan imtina etdiyi üçün vəzifəsindən azad edilib: “O, 1978-ci ildən 1996-cı ilə qədər direktor vəzifəsində çalışmışdı. Rimma Məmmədovanın yerinə Gülnarə Hüseynova direktor təyin olundu. İki il sonra, 1998-ci ildə Gülnarə Hüseynova da bu məsələyə razılıq vermədiyinə görə işdən çıxarıldı. Onun yerinə Kamal Həsənov təyin edildi. İki il sonra, 2000-ci ildə Kamal Həsənov da eyni səbəbdən vəzifəsindən azad olundu. Şəhərin mərkəzində yerləşən çoxmilyonluq ərazini səssiz-küysüz satmaq üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov çətin vəziyyətdə olan Polad Bülbüloğlunun imdadına çatdı”.

Jurnalist iddia edir ki, Hacıbala Abutalıbovun məsləhəti ilə Bakı Xoreoqrafiya Məktəbinə Bakı Şəhər İcra Hakimiyyətində çalışan Nilufər Kərimova direktor təyin olunub: “O bunu belə əsaslandırdı ki, Nilufər Kərimova ‘özümüzünküdür’ və belə işlərdə bişmiş adamdır, kənara da məlumat sızmaz. Beləliklə, xoreoqrafiyaya heç bir aidiyyəti olmayan Nilufər Kərimova məktəbə direktor təyin olundu. 2003-cü ilin dekabrında Heydər Əliyev dünyasını dəyişdikdən sonra mədəniyyət naziri vaxt itirmədən çoxdan düşündüyü planı reallaşdırmağa başladı.

2004-cü ildə Bakı Xoreoqrafiya Məktəbinin teatrının yerləşdiyi ərazi, bina ilə birlikdə “Standart” şirkətlər qrupunun sahibi Heydər Babayevə satıldı. Heydər Babayev teatr binasını sökərək onun yerində 22 mərtəbəli göydələn tikdi.

Məktəbin yaşlı müəllimləri bu mənzərəni göz yaşları içində seyr etmişdilər. Hətta tikinti zamanı Xoreoqrafiya Məktəbinin binasına da ziyan dəymiş, divarlarda çatlar əmələ gəlmişdi. Nilufər Kərimova 2014-cü ilə qədər direktor vəzifəsində çalışdı. Deyilənə görə, teatr binasının ərazi ilə birlikdə satılmasında göstərdiyi xidmətlərə görə ona həmin binadan iki mənzil hədiyyə edilib.

2006-cı ildə mədəniyyət naziri təyin olunan Əbülfəs Qarayev teatrın yerində tikilmiş binanın əvəzinə Xoreoqrafiya Məktəbinin istilik sistemi ilə təmin edilməsi barədə “Standart” şirkətlər qrupu ilə müqavilə imzaladı.

Onu da qeyd edim ki, Polad Bülbüloğlu ilə ailə həyatı qurduğu deyilən Eteri Leonidovna Cəfərova teatrın yerində tikilən binada yaşayır. Deyilənə görə, bu mənzili ona Polad Bülbüloğlu hədiyyə edib”.

Qeyd edək ki, səsləndirilən fikirlər Kamil Şahverdinin iddialarıdır. Musavat.com qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır.\Musavat.com\

Bənzər Xəbərlər

Cəmiyyət

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı saxlanıldı – GÖRÜNTÜ

Avqust 31, 2026
Cəmiyyət

Türk Kipri ilə bağlı YENİ gəlişmə – Bakı və Ankaradan GÖZLƏNTİ

Avqust 31, 2026
Cəmiyyət

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

Avqust 31, 2026
Cəmiyyət

Bu şəxslər pullarını geri ala biləcək – Yenilik

Avqust 31, 2026
Cəmiyyət

Azərbaycan və Çin prokurorluqları memorandum imzaladı

Avqust 31, 2026
Cəmiyyət

Bəzi ərazilərə leysan yağır

Avqust 31, 2026

XƏBƏR LENTİ

Kiprdə batan gəmi ilə bağlı 2 Azərbaycan vətəndaşı saxlanıldı – GÖRÜNTÜ

31 Avqust, 26 / 17:31

Türk Kipri ilə bağlı YENİ gəlişmə – Bakı və Ankaradan GÖZLƏNTİ

31 Avqust, 26 / 17:17

Məhkəmə sabiq icra başçısı ilə bağlı qərar verdi

31 Avqust, 26 / 17:03

“Teatrı sökdü, yerində 22 mərtəbəli göydələn tikdi” – Polad Bülbüloğlu ilə bağlı YENİ İDDİALAR

31 Avqust, 26 / 16:49

Bu şəxslər pullarını geri ala biləcək – Yenilik

31 Avqust, 26 / 16:37

Azərbaycan və Çin prokurorluqları memorandum imzaladı

31 Avqust, 26 / 16:23

Bəzi ərazilərə leysan yağır

31 Avqust, 26 / 16:08

Türk şəhərində liderlərin ZİRVƏSİ: Əliyev və Putin görüşəcəkmi?

31 Avqust, 26 / 15:59

Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu

31 Avqust, 26 / 15:41

Sürücülərin bilməli olduğu önəmli xəbərdarlıq

31 Avqust, 26 / 15:27
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.