Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

TƏCİLİ! Azərbaycanlıların olduğu gəmiyə PUA HÜCUMU edildi

Cəmiyyət

Qara dənizdə Novorossiysk limanından çıxan, göyərtəsində 3 azərbaycanlının da olduğu “Volga 4007” yük gəmisinə ardıcıl 4 PUA zərbəsi endirildiyi bildirilir. 

Cagdas.az xəbər verir ki, hadisə barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyinin sədri İlham Nəsirov məlumat verib.

Onun sözlərinə görə, “Reka Dənizçilik” şirkətinə məxsus, Kuk adaları bayrağı altında üzən “Volga 4007” quru yük gəmisi Novorossiysk limanından çıxarkən hücuma məruz qalıb.

İlkin məlumata əsasən, gəmiyə ardıcıl olaraq 4 dron zərbəsi endirilib.

Hücum zamanı gəminin göyərtəsində ümumilikdə 13 heyət üzvü olub. Onlardan 10-u Hindistan, 3-ü isə Azərbaycan vətəndaşıdır.

Dron hücumundan sonra heyət üzvlərinin təxliyəsinə başlanılıb.

Hadisə nəticəsində xəsarət alanların olub-olmaması və gəminin nə qədər zərər gördüyü barədə hələlik məlumat verilmir.(musavat.az)