Son dəqiqə
4 oktyabrda bizi nələr gözləyir? – ULDUZ FALI Nazir təhsil işçilərini təltif etdi – SİYAHI Daha bir qurumda yoxlamalar başladı – rəhbər vəzifəsindən azad edildi Azərbaycanda ən çox və ən az pul yatırılan RAYON VƏ ŞƏHƏRLƏR Kürün qədim ana yatağının izləri üzə çıxdı – FOTOLAR Ərdoğan Şanlıurfada Azərbaycan bulvarının açılışında iştirak etdi Kiyevə hücumun qisası alındı: Rusiya daxilində kritik hərbi obyektlər VURULDU İran yenidən bombalanacaq – Tehran böyük hücuma hazırlaşır Arvadı evdən çölə buraxmayan kişilər CƏRİMƏLƏNƏCƏK Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? – AÇIQLAMA
Reklam
Reklam

TƏCİLİ! Rusiya “qisas zərbələri”nə HAZIRLAŞIR – Moskva Kiyevi dərhal TƏRK ETMƏYƏ ÇAĞIRDI

Dünya

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Kiyevdə olan xarici vətəndaşlara və diplomatlara Ukrayna paytaxtını tərk etməyi, həmçinin bu ölkəyə ümumiyyətlə səfər etməməyi tövsiyə edib.

Çağdaş.Az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi bəyanatında bildirilib.

Sergey Lavrovun rəhbərlik etdiyi qurum Ukrayna vətəndaşlarına da xəbərdarlıq edərək hərbi və inzibati infrastruktura yaxınlaşmamağı məsləhət görüb.

Bəyanatda iddia olunur ki, Rusiya hərbçiləri Ukraynanın “terror əməllərinə” cavab olaraq Kiyev və digər şəhərlərdəki hərbi təyinatlı obyektlərə sistemli zərbələr endirməkdə davam edir.

Xarici siyasət idarəsi oxşar xəbərdarlığın ilk dəfə edilmədiyini, lakin buna məhəl qoyulmadığını vurğulayıb. Rusiya tərəfi ABŞ, Böyük Britaniya, Aİ ölkələri, Norveç və İsveçrə də daxil olmaqla bir çox dövlətə xəbərdarlıq göndərildiyini diqqətə çatdırıb:

“Müşahidə edirik ki, heç də hərkəs bu xəbərdarlıqlara əməl etmir və öz həyatını şüurlu şəkildə təhlükəyə atır. Kiyevdə bir çox səfirlik fəaliyyətini davam etdirir, xarici rəsmi şəxslər səfərlər edirlər”.

Diplomatik qurum Rusiya ordusunun kütləvi “qisas zərbələri” endirməyə davam edəcəyini bəyan edib. Bəyanatda həmçinin qeyd olunub ki, bu xəbərdarlığı nəzərə almayan xarici vətəndaşlar və diplomatik missiyaların əməkdaşları yarana biləcək mənfi fəsadlara görə məsuliyyəti tam olaraq özləri daşıyırlar.

Bu arada Ukrayna XİN-in mətbuat katibi Qeorqi Tixi Kiyevdə yerləşən xarici diplomatik missiyaların səfirlikləri başqa şəhərlərə köçürmək niyyəti barədə müraciət etmədiklərini bildirib. Ukrayna tərəfi xarici mətbuatda yayılan bu cür xəbərlərin reallığı əks etdirmədiyini vurğulayıb./Musavat.com/