Son dəqiqə
“”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq Sovet dövrünün binaları dövlət hesabına təmir olunsun – Deputat

Tələbələrə pis xəbər: Qiymətlər cib yandırır

Cəmiyyət

Bölgələrdə kirayə bazarında qiymətlər cib yandırır. Yeni dərs ili öncəsi Gəncənin əmlak bazarında da canlanma müşahidə olunur. Tələbələrin kirayə mənzil axtarışına başlaması bu sahədə tələbatı artırıb.

Cagdas.az Xezerxeber.az-a istinadən xəbər verir ki, rieltorların sözlərinə görə, şəhərdə kirayə mənzil raxtaran oğlan tələbələr ev tapmaqda qız tələbələrlə müqayisədə daha çox çətinlik çəkirlər.

Ölkənin 4-cü böyük şəhəri olan Mingəçevirdə bir universitet və iki kollec fəaliyyət göstərdiyindən, müxtəlif bölgələrdən bura üz tutan tələbələrin sayı da ilbəil artır. Hazırda tələbələr əsasən təhsil aldıqları müəssisələrə yaxın ərazilərdə mənzil kirayələməyə üstünlük verirlər. qiymətlərdə isə artım var.

Mingəçevirdə də oğlan tələbələr kirayə ev tapmaqda çətinlik çəkirlər. Rieltorların sözlərinə görə, mənzil sahibləri evin səliqəli saxlanılması baxımından qız tələbələrə üstünlük verirlər. Onların sözlərinə görə, ötən il bir tələbə üçün kirayə haqqı 70-80 manat olduğu halda, bu il bu məbləğ 100 manata yüksəlib.

Lənkəranda isə tələbələr əsasən kommunal xərclərin yüksək olması səbəbindən həyət evlərinə üstünlük vermirlər. Rieltor bildirirlər ki, hər il olduğu kimi, bu il də bina evlərinə tələbatın artması kirayə qiymətlərinə təsir edib.

Cagdas.az  mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir\referans media\