Cagdas.az xəbər verir ki, “Apple”ın açıqlamasına görə, aparılan araşdırma zamanı “Telegram”da şirkətin qaydalarını pozan məzmun aşkarlanıb. Bildirilib ki, “Telegram” həmin məzmunu qısa müddətdə silib və onu paylaşan istifadəçini bloklayıb. Bundan sonra tətbiq “App Store”da yenidən istifadəyə verilib.
Qeyd edək ki, “Telegram”ın təsisçisi Pavel Durov daha əvvəl Rusiyanın terrorçular və ekstremistlər siyahısına daxil edilib.(metbuat.az)
















