Son dəqiqə
Azərbaycanda bələdiyyə sədri icra başçısının müavini oldu Milli Məclis radiorabitə ilə bağlı sənədi təsdiqlədi Dövlət investisiyaları artır, maliyyə nəzarəti də güclənməlidir – komitə sədri “Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? – Obyektləri bu cəza gözləyir Qızıl ucuzlaşır, Azərbaycanın valyuta ehtiyatları azalır Şamaxıda ŞOK MƏNZƏRƏ: Cəmi 5 dəqiqəlik yağış rayonu BATAQLIĞA ÇEVİRDİ — VİDEO Zelenski əlini sıxmayan Kralın ayağına tüpürdü? – VİDEO Milyonlarla insana şad xəbər – Pensiya və müavinətlər… 850 yerlik məktəbdə 2552 şagird oxuyur Prezident Hindistanın xarici işlər nazirini qəbul etdi – FOTO

“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? – Obyektləri bu cəza gözləyir

Cəmiyyət

Nağdsız ödənişlərin təşviqi istiqamətində müxtəlif tədbirlər görülsə də, bəzi ticarət və xidmət obyektlərində kartla ödəniş zamanı problemlərlə qarşılaşılır. Bəzi hallarda müştərilərə yalnız nağd ödəniş etmələri bildirilir və ya kartla ödənişə əlavə şərtlər qoyulur.

Kartla ödənişdən yayınma hansı hallarda qanun pozuntusu hesab olunur və istehlakçılar hüquqlarını necə qoruya bilərlər?

Cagdas.az xəbər verir ki, vəkil Vüsalə Muradxanlı Demokrat.az-a açıqlamasında nağdsız ödənişlərin tətbiqi müasir iqtisadi münasibətlərdə şəffaflığın təmin olunması və istehlakçı hüquqlarının qorunması baxımından mühüm əhəmiyyət daşıyır deyib.

“Sahibkarlıq subyektlərinin ödənişi yalnız nağd qaydada tələb etməsi, POS-terminal vasitəsilə ödəniş qəbulundan imtina etməsi və ya müştərilərə fiziki şəxslərin bank kartlarına (“kartdan-karta”) köçürmə etməyi təklif etməsi qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikasının vergi və istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyinə əsasən, ƏDV ödəyicilərinin təsərrüfat obyektlərində, eləcə də rüb üzrə orta aylıq dövriyyəsi 2 000 manatdan artıq olan vergi ödəyicilərinin obyektlərində POS-terminalların quraşdırılması və nağdsız ödənişlərin qəbulu məcburidir”.
Vəkil əlavə edib ki, pərakəndə ticarət və ictimai iaşə obyektlərində ödəniş zamanı istehlakçıya həm POS-terminal qəbzi, həm də nəzarət-kassa aparatının (NKA) çeki təqdim olunmalıdır:

“Şəxsi bank kartlarına köçürmələrin tələb edilməsi və ya “terminal işləmir” bəhanəsi ilə kartla ödənişdən imtina olunması hüquqi məsuliyyətə səbəb ola bilər. Hüquqları pozulan istehlakçılar belə hallarla qarşılaşdıqda hadisənin baş verdiyi yerin ünvanını, tarixini və saatını qeydə almalı, ödənişdən imtinanı təsdiqləyən yazışmaları və digər qanuni sübutları saxlamalıdırlar. Daha sonra faktla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəsmi şikayət ünvanlaya bilərlər”.