• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
15.7° Weather Columbus
$
1.7
€
1.9466
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Toy və yaslarla bağlı gözlənilməz vəziyyət – İllər sonra narahatlıq yaratdı

30 İyul, 26 / 11:22
A A

Azərbaycanda demoqrafik göstəricilər diqqətçəkən tendensiyanı ortaya qoyub. Rəsmi statistikaya görə, 2025-ci ildə ölkədə 59 min 834 nəfər vəfat etdiyi halda, bağlanan nikahların sayı 48 min 546 olub. Beləliklə, uzun illərdən sonra ölənlərin sayı nikahların sayını üstələyib. Bu statistika fonunda yas evlərinin çoxalması və bəzi şadlıq saraylarının yas mərasimləri keçirməsi də müzakirə olunur.

Mövcud tendensiya davam edərsə, yaxın 10-20 ildə ölkənin sosial və iqtisadi həyatında hansı dəyişikliklər gözlənilə bilər? Restoranları zamanla yas evləri əvəz edəcək?

Cagdas.az bildirir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin (İB) sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, demoqrafik problemlər Azərbaycan cəmiyyətinin qarşısında duran ən ciddi çağırışlardan birinə çevrilib:

“Statistik göstəricilər də bunu təsdiqləyir. Dünyasını dəyişənlərin sayı ilə doğulanların sayı arasındakı fərq getdikcə azalır. Eyni zamanda, bağlanan nikahların sayı azalır, boşanmaların sayı isə artır. Hər il təxminən 60 minə yaxın insan müxtəlif səbəblərdən – yaşlılıq, xəstəliklər, yol-nəqliyyat hadisələri və digər amillər nəticəsində dünyasını dəyişir. Digər tərəfdən, bağlanan nikahların sayı əvvəlki illərlə müqayisədə azalır və boşanmaların payı da kifayət qədər yüksək olaraq qalır. Bütün bunlar ailə institutunun zəifləməsindən xəbər verir. Dünyaya gələn uşaqların müəyyən hissəsində müxtəlif sağlamlıq problemlərinin müşahidə olunması da gələcək üçün narahatlıq doğuran amillərdəndir. Bu problemlər bu gün bütün ağırlığı ilə hiss olunmasa da, yaxın 5-10 il ərzində ölkənin sosial-iqtisadi inkişafına ciddi təsir göstərə bilər. Elə bir mərhələyə çata bilərik ki, əmək bazarında işçi qüvvəsi çatışmazlığı yaransın və ölkə xarici işçi qüvvəsinə daha çox ehtiyac duysun. Digər tərəfdən, yaşlı əhalinin payı artdıqca pensiya və sosial təminat sisteminə düşən yük də ağırlaşacaq. Bu isə gənc və əmək qabiliyyətli əhalinin sayının artırılmasını strateji məsələyə çevirir”.

aydinn

Aydın Xan Əbilov

Kultroloq bildirib ki, demoqrafik problem artıq təxirəsalınmaz həllini gözləyən bir məsələdir:

“Bu barədə dövlət qurumları, mütəxəssislər və ictimaiyyət nümayəndələri mütəmadi olaraq fikirlər səsləndirsələr də, hələlik bu problemin həllinə yönəlmiş kompleks və uzunmüddətli proqramın həyata keçirildiyini demək çətindir. Azərbaycanda ailə siyasəti ilə məşğul olan müxtəlif dövlət qurumları, o cümlədən aidiyyəti komitələr və digər təşkilatlar fəaliyyət göstərir. Ailələrin möhkəmləndirilməsi, doğum səviyyəsinin artırılması və demoqrafik problemlərin aradan qaldırılması istiqamətində daha sistemli yanaşmaya ehtiyac var.

Hesab edirəm ki, bunun üçün ayrıca dövlət proqramı hazırlanmalıdır. Həmin proqramın icrasında həm dövlət qurumları, həm də alimlər, sosioloqlar, demoqraflar, psixoloqlar, ziyalılar, vətəndaş cəmiyyəti institutları, QHT-lər və digər ictimai birliklər iştirak etməlidirlər. Problemin həlli yalnız inzibati qərarlarla deyil, elmi əsaslandırılmış və cəmiyyətin bütün təbəqələrini əhatə edən yanaşma ilə mümkündür”.

İB sədri qeyd edib ki, demoqrafik siyasət sosial infrastrukturun inkişafı, ailələrə iqtisadi dəstəyin gücləndirilməsi, gənclərin mənzil və məşğulluq imkanlarının artırılması kimi istiqamətləri də əhatə etməlidir:

“Çünki ailələrin qurulması və uşaqların dünyaya gəlməsi üçün əlverişli sosial-iqtisadi mühit yaradılmadan bu sahədə ciddi dönüşə nail olmaq mümkün deyil. Artıq bəzi statistik göstəricilər göstərir ki, toy mərasimlərinin sayı azalır, ölüm halları isə artır. Bu tendensiya davam edərsə, gələcəkdə cəmiyyətimizin sosial strukturu dəyişə və bunun iqtisadi, sosial, hətta mədəni nəticələri daha qabarıq şəkildə özünü göstərə bilər. Buna görə də demoqrafik təhlükəsizliyin təmin edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biri olmalıdır”.

Bənzər Xəbərlər

Cəmiyyət

Azərbaycanda “Temu” alıcılarını nə gözləyir? – İki ssenari açıqlandı

İyul 30, 2026
Cəmiyyət

Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? – VİDEO

İyul 30, 2026
Cəmiyyət

Metroda həyəcanlı anlar – sərnişinlər təcili çıxarıldı – VİDEO

İyul 30, 2026
Cəmiyyət

Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!

İyul 30, 2026
Cəmiyyət

Günəş-Yupiter qovuşması: Hansı bürclərin üzü güləcək?

İyul 30, 2026
Cəmiyyət

Bakı sakinlərinin NƏZƏRİNƏ: Bu ərazilərdə işıq olmayacaq

İyul 30, 2026

XƏBƏR LENTİ

Azərbaycanda “Temu” alıcılarını nə gözləyir? – İki ssenari açıqlandı

30 İyul, 26 / 12:16

Sürüşmə səbəbindən bağlanan yol nə vaxt açılacaq? – VİDEO

30 İyul, 26 / 12:03

Metroda həyəcanlı anlar – sərnişinlər təcili çıxarıldı – VİDEO

30 İyul, 26 / 11:48

Tələbələrin kirayə dərdi: Mənzillər bahalaşır!

30 İyul, 26 / 11:35

Toy və yaslarla bağlı gözlənilməz vəziyyət – İllər sonra narahatlıq yaratdı

30 İyul, 26 / 11:22

Qızıl bahalaşdı, gümüş ucuzlaşdı

30 İyul, 26 / 11:08

Günəş-Yupiter qovuşması: Hansı bürclərin üzü güləcək?

30 İyul, 26 / 10:54

Qadın güləşçilərimiz dünya çempionatında mübarizəyə qoşulurlar

30 İyul, 26 / 10:40

“Qarabağ” bu gün həlledici oyununa çıxır

30 İyul, 26 / 10:26

Brent yenidən dəyər itirdi: 89 dollara düşdü

30 İyul, 26 / 10:13
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.