• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
27.6° Weather Columbus
$
1.7
€
1.9638
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Tranzit yükdaşımalarda rekord – Son 5 ilin ən yüksək göstəricisi qeydə alındı

10 Avqust, 26 / 19:26
A A

Azərbaycan beynəlxalq nəqliyyat-logistika qovşağı kimi mövqeyini daha da möhkəmləndirir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də son illərdə reallaşdırılan iri infrastruktur layihələri nəticəsində 2026-cı ilin ilk yeddi ayında tranzit daşımalarının həcmi 9,1 milyon tonu ötərək son beş ilin rekord səviyyəsinə yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çoxdur. Xüsusilə tranzit yük daşımalarının həcmi Şərq-Qərb istiqamətində 16,5 faiz, Şimal-Cənub istiqaməti üzrə isə 14,3 faiz artıb. 

Cagdas.az  xəbər verir ki, əldə olunan nəticələr son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirilən islahatlar, rəqəmsallaşma, infrastrukturun modernləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi, qlobal ticarət marşrutlarında baş verən dəyişiklikləri, həmçinin Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub dəhlizləri üzrə strateji mövqeyinin və rəqabət qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığını göstərir.

Bu dinamika son illər nəqliyyat və logistika sahəsində aparılan islahatların birbaşa nəticəsidir. İnfrastrukturun modernləşdirilməsi, aidiyyəti qurumlar arasında koordinasiya hesabına əməliyyat səmərəliliyinin artırılması, rəqəmsallaşma və beynəlxalq əməkdaşlığın genişləndirilməsi. Qlobal ticarət marşrutlarında baş verən dəyişikliklər də öz rolunu oynayıb. Bu amillərin məcmusu Azərbaycanın Orta Dəhliz və Şimal-Cənub marşrutu üzrə mövqeyini və rəqabət qabiliyyətini xeyli möhkəmləndirib.

Daşıma müddəti qısalır, rəqabət qabiliyyəti artır

Orta Dəhliz üzrə həyata keçirilən islahatların ən mühüm nəticələrindən biri yükdaşımaların sürətlənməsidir. Bir neçə il əvvəl Çin – Avropa marşrutu üzrə daşımalar 38-53 gün çəkirdisə, hazırda bu müddət orta hesabla 12 günə qədər azalıb. Daşıma müddətinin azalmasına elektron icazə sistemlərinin, e-TIR və e-CMR kimi rəqəmsal həllərin tətbiqi, yüklərin real vaxt rejimində izlənməsi, gömrük və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi, eləcə də dövlət qurumları arasında məlumat mübadiləsinin sürətləndirilməsi mühüm töhfə verib.

Bu yanaşma çərçivəsində Azərbaycanda bir sıra genişmiqyaslı layihələr həyata keçirilib: Bakı–Tbilisi–Qars dəmir yolunun buraxılış qabiliyyətinin ildə beş milyon tona çatdırılması, sərhəd-buraxılış məntəqələrinin modernləşdirilməsi, dəmir yolu şəbəkəsinin elektrikləşdirilməsi və yenilənməsi, avtomagistralların tikintisi və bərpası, habelə hava limanı infrastrukturunun inkişafı.

Bu istiqamətdə mühüm addımlardan biri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən yaradılan “Bir Pəncərə” İnformasiya Sistemi – Rəqəmsal Logistika Platformasıdır. Platforma sənəd dövriyyəsini sürətləndirir, prosedurları sadələşdirir və biznes üçün daha çevik logistika ekosistemi formalaşdırır. Növbəti mərhələdə platformanın Orta Dəhliz üzrə tərəfdaş ölkələrin analoji sistemləri ilə inteqrasiyası nəzərdə tutulur ki, bu da marşrut boyunca səmərəliliyin daha da artmasına səbəb olacaq.

Paralel olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi beynəlxalq tərəfdaşlarla birlikdə “e-CMR”, “e-Permit” və “e-CIM/SMGS” elektron qaimə sistemi kimi müasir rəqəmsal nəqliyyat alətlərinin mərhələli tətbiqi istiqamətində iş aparır. Bu alətlərin tətbiqi beynəlxalq daşımalarda kağızsız texnologiyaların istifadəsini genişləndirəcək və beynəlxalq nəqliyyat dəhlizləri iştirakçıları arasında nəqliyyat məlumatlarının daha səmərəli mübadiləsini təmin edəcək.

Dəniz nəqliyyatının imkanları gücləndirilir

Orta Dəhlizin rəqabət qabiliyyətinin artırılmasında Xəzər dənizi seqmentinin səmərəli fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Son illər Ələt Limanının və dəniz nəqliyyatı infrastrukturunun gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər artan tranzit yük axınlarının fasiləsiz və operativ şəkildə daşınmasına əlverişli şərait yaradıb.

Artan tələbatı nəzərə alaraq Ələt Limanının konteyner aşırma gücü 100 min TEU-dan 150 min TEU-ya çatdırılıb, 7-ci körpü istismara verilib və yükqaldırma qabiliyyəti 125 ton olan yeni nəsil kran istifadəyə verilib. Hazırda limanın illik yükaşırma gücü 15 milyon ton təşkil edir. Davam edən genişləndirmə layihəsinin başa çatması ilə bu göstəricilərin müvafiq olaraq 25 milyon tona və 500 min TEU-ya çatdırılması nəzərdə tutulur.

Limanın yüksək tələbatı onun fəaliyyət göstəriciləri ilə də təsdiqlənir: ötən il Bakı Beynəlxalq Dəniz Ticarət Limanı vasitəsilə 8,2 milyon tondan çox yük və 107 min TEU konteyner aşırılıb.

Ələt nəqliyyat-logistika qovşağının inkişafının digər mühüm istiqamətini Ələtdə yük aeroportunun tikintisi layihəsi təşkil edir. Yeni aeroport dəniz, dəmir yolu, avtomobil və hava nəqliyyatının imkanlarını birləşdirərək multimodal logistika kompleksinin bir hissəsinə çevriləcək ki, bu da yüklərin emalının səmərəliliyini artırmağa və Orta Dəhlizin potensialını genişləndirməyə imkan verəcək.

Eyni zamanda Xəzər dənizində yükdaşımaların artan həcmlərinin qarşılanması məqsədilə Bakı Gəmiqayırma Zavodunda ilk beynəlxalq kommersiya sifarişi üzrə dörd yük gəmisinin inşası davam etdirilir. Bundan əlavə, 2025-ci il sentyabrın 16-da “Bakı Gəmiqayırma Zavodu” MMC ilə “AD Ports Group” şirkəti arasında Xəzər dənizində istismar üçün nəzərdə tutulan, hər biri 780 TEU tutumlu iki konteyner daşıyıcı gəminin tikintisinə dair müqavilə imzalanıb. Bununla yanaşı, iritutumlu bərə layihəsi, “Ro-Ro” daşımalarının genişləndirilməsi, özəl sektorla birgə həyata keçirilən təşəbbüslər və donanmanın mərhələli yenilənməsi kimi addımlar Xəzər keçidinin ötürücülük qabiliyyətini daha da artıraraq Orta Dəhliz üzrə yükdaşımaların dayanıqlığını gücləndirəcək.

Həyata keçirilən bu tədbirlər artıq konkret nəticələr verir. Belə ki, 2026-cı ilin yanvar-iyul aylarında Ələt Limanında konteyner aşırmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 72,370 TEU, quru yük aşırmaları isə 82 faiz artaraq 1,4 milyon tona çatıb.

Orta Dəhliz üzrə əməkdaşlıq genişlənir

Azərbaycan Orta Dəhliz üzrə tərəfdaş ölkələrlə nəqliyyat əlaqələrinin gücləndirilməsi, sərhəd-keçid prosedurlarının optimallaşdırılması və rəqəmsal məlumat mübadiləsinin genişləndirilməsi istiqamətində fəal əməkdaşlıq aparır. Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin modernləşdirilməsi və ötürücülük qabiliyyətinin artırılması, yeni müasir sərnişin və yük vaqonlarının alınması istiqamətində müqavilələrin imzalanması, Xəzər limanları arasında koordinasiyanın gücləndirilməsi və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində həyata keçirilən birgə layihələr marşrutun etibarlılığını və rəqabət qabiliyyətini daha da artırır.

Azərbaycan Orta Dəhliz boyunca yerləşən bütün ölkələrlə nəqliyyat infrastrukturunun inkişafının sinxronlaşdırılması və marşrut boyunca daşımaların səmərəliliyinin artırılması məqsədilə fəal əməkdaşlıq aparır. Bu məqsədlə birgə infrastruktur layihələrinin əlaqələndirilməsinə, nəqliyyat əlaqələrinin inkişafına və daşımaların səmərəliliyinin artırılmasına yönəlmiş bir sıra ikitərəfli və çoxtərəfli yol xəritələri, sazişlər və qarşılıqlı anlaşma memorandumları imzalanıb. Hazırda Orta Dəhlizin gələcək inkişafı və institusional möhkəmləndirilməsi yolunda mühüm addım olacaq çoxtərəfli sazişin hazırlanması istiqamətində də iş aparılır.

Tranzit potensialı dayanıqlı inkişafa töhfə verir

Tranzit yükdaşımalarda müşahidə olunan artım yalnız nəqliyyat sektorunun inkişafını deyil, bütövlükdə qeyri-neft iqtisadiyyatında əlavə dəyərin və iqtisadi fəallığın genişlənməsini təmin edir. Eyni zamanda tranzit potensialının güclənməsi Azərbaycanın qlobal təchizat zəncirlərində etibarlı tərəfdaş kimi rolunu möhkəmləndirir, xarici investisiyalar üçün cəlbediciliyini artırır və ölkənin geoiqtisadi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit və logistika mərkəzi kimi inkişafı nəqliyyat sektorunun hüdudlarını aşaraq qeyri-neft iqtisadiyyatının şaxələndirilməsi, regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi və uzunmüddətli dayanıqlı iqtisadi artım üçün mühüm baza formalaşdırır.(modern.az)

Bənzər Xəbərlər

Cəmiyyət

Dini obyektlərdəki nəzir qutuları: Toplanan vəsaitlərə kim nəzarət edir?

Avqust 10, 2026
Cəmiyyət

Dünya bu XƏBƏRDARLIQLA ÇALXALANIR

Avqust 10, 2026
Cəmiyyət

Metro təmirə bağlandı, ev bazarı qarışdı: Bu ərazilərdə evlər bahalaşacaq

Avqust 10, 2026
Cəmiyyət

Bu şəxslərin evi hər an sökülə bilər – Bakıda yeni proses başlayır

Avqust 10, 2026
Cəmiyyət

Azərbaycanda daha 18 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Avqust 10, 2026
Cəmiyyət

Nazirlik 20 mindən artıq sahibkara lisenziya verib

Avqust 10, 2026

XƏBƏR LENTİ

Dini obyektlərdəki nəzir qutuları: Toplanan vəsaitlərə kim nəzarət edir?

10 Avqust, 26 / 20:36

Dünya bu XƏBƏRDARLIQLA ÇALXALANIR

10 Avqust, 26 / 20:22

Metro təmirə bağlandı, ev bazarı qarışdı: Bu ərazilərdə evlər bahalaşacaq

10 Avqust, 26 / 20:09

Bu şəxslərin evi hər an sökülə bilər – Bakıda yeni proses başlayır

10 Avqust, 26 / 19:54

Azərbaycanda daha 18 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

10 Avqust, 26 / 19:39

Tranzit yükdaşımalarda rekord – Son 5 ilin ən yüksək göstəricisi qeydə alındı

10 Avqust, 26 / 19:26

Nazirlik 20 mindən artıq sahibkara lisenziya verib

10 Avqust, 26 / 19:11

Hərbi xidmətin müddətinin azaldılması ilə bağlı AÇIQLAMA

10 Avqust, 26 / 18:57

Məktəbə bir ay qalmış valideynlər nə etməlidir? – Ekspert məsləhətləri

10 Avqust, 26 / 18:46

Bakıda 9 marşrutun hərəkət istiqaməti dəyişdirildi

10 Avqust, 26 / 18:33
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.