Ermənistanda “Trampın Beynəlxalq Sülh və Rifah naminə Yolu” (TRIPP) proqramının rəsmi “Facebook” səhifəsi istifadəyə verilib.
Cagdas.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən səhifə Ermənistan Xarici İşlər Nazirliyi və ABŞ-nin Ermənistandakı səfirliyinin komandaları tərəfindən idarə olunacaq.
“Ermənistan Xarici İşlər Nazirliyi və ABŞ Dövlət Departamentinin əməkdaşlığı ilə yaradılan “Trampın Beynəlxalq Sülh və Rifah naminə Yolu” (TRIPP) proqramının Ermənistandakı rəsmi “Facebook” səhifəsinin fəaliyyətə başladığını məmnuniyyətlə bildiririk. Səhifədə TRIPP proqramı ilə bağlı ətraflı məlumat və son yeniliklərlə tanış olmaq mümkündür. Burada proqramla bağlı aktual informasiyanın əlçatanlığını təmin etmək məqsədilə müxtəlif formatlarda məlumatlar təqdim olunacaq”,- deyə Ermənistan XİN-in yaydığı açıqlamada qeyd olunub.\sfera.az\
















