Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

TRIPP Laçın dəhlizinin analoqudur? – RƏSMİ CAVAB

Cəmiyyət
????????????????????????????????????

TRIPP-in hərbi baza və ya ayrıca ərazi olmadığı, layihə çərçivəsində hər hansı xarici dövlətin təhlükəsizlik mövcudluğunun nəzərdə tutulmadığı bildirilib.

Cagdas.az  xəbər verir ki, bunu Ermənistan parlamentində çıxışı zamanı Milli Assambleyanın Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan deyib.

Ermənistan rəsmisi TRIPP layihəsi ətrafında yaranan müzakirələrə münasibət bildirərək onun mahiyyətinin düzgün təqdim edilməsinin vacibliyini vurğulayıb.

“TRIPP infrastruktur layihəsidir. Dünənki müzakirələrin, xüsusilə də “Hayastan” blokunun səsləndirdiyi sualların kontekstində belə təsəvvür yarandı ki, TRIPP Laçın dəhlizi kimi bir şeydir. Lakin bu belə deyil”, – Xandanyan bildirib.

Onun sözlərinə görə, layihə ilə bağlı indiyədək açıqlanan sənədlər də TRIPP-in ayrıca ərazi və ya hərbi obyekt olmadığını göstərir.

“Bunu TRIPP haqqında indiyədək dərc olunmuş bütün sənədlər, eləcə də parlamentin müzakirə edəcəyi razılaşma təsdiqləyir”, – Ermənistan rəsmisi qeyd edib.

Xandanyanın açıqlaması TRIPP-in regional kommunikasiyaların inkişafı kontekstində hansı statusa malik olacağı ilə bağlı müzakirələr fonunda səslənib.(modern.az)