Son dəqiqə
Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq Vətəndaşın pensiya kapitalı varisinə veriləcək? – Deputat dəstəklədi Ermənilər Nəsimi Musayevi bıçaqlayan qadından “qəhrəman” düzəldirlər Baş nazir sudan ödənişli istifadə ilə bağlı qərar imzalayıb Məktəbə daş atdılar, şagirdlər xəsarət aldı – VİDEO Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir – Prezident Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək – Prezident Azərbaycan Prezidenti İlham Əliyev və Laos Prezidenti Thonqlun Sisulit mətbuata bəyanatlarla çıxış edirlər Azərbaycanda vergi ödəyicilərinin sayı artıb
Reklam
Reklam

Türkiyə Təhlükəsizlik Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesi müzakirə edildi

Dünya

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib.

“Cagdas.az” “Haber Global”a istinadən xəbər verir ki, toplantıda bir sıra daxili və regional məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında sülh prosesində son dövrdə əldə olunan müsbət nailiyyətlər fonunda ikitərəfli və regional əməkdaşlıq imkanları müzakirə edilib.

Türkiyənin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsi, həmçinin inkişafın təmin olunmasına dair iradəsi bir daha vurğulanıb.

İclasda Rusiya-Ukrayna münaqişəsindəki mövcud vəziyyət nəzərdən keçirilib, münaqişənin daha da gərginləşməsi riskini göstərən hadisələr fonunda diplomatik həllin tapılmasının zəruriliyi vurğulanıb, Türkiyənin davamlı və ədalətli sülhün təmin olunması üçün beynəlxalq tərəfdaşlarla birgə səylərini davam etdirəcəyinə diqqət yetirilib.

Bununla yanaşı, iclasda “Terrorsuz Türkiyə” təşəbbüsü, Suriyada daxili vəziyyət, Qəzzada atəşkəs, Sudanda baş verən hadisələr ətrafında fikir mübadiləsi aparılıb.