Millətimizin sülhünə və əmin-amanlığına təhdid yaradanlar üçün dünyanın heç bir yerində təhlükəsiz sığınacaq yoxdur!
Referans Media Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatına istinadən bildirir ki, bunu Türkiyə Respublikasının Daxili İşlər naziri Mustafa Çiftçi bildirib. M.Çiftçi daha sonra deyib: “Millətimizin əmin-amanlığına qəsd edənlər üçün dünyanın heç bir yerində təhlükəsiz sığınacaq yoxdur!
İstər ölkəmizin daxilində, istərsə də dünyanın o biri ucunda olsun; mütəşəkkil cinayətkar dəstələrə, küçə quldurlarına və balalarımızın gələcəyini zəhərləyən narkotik tacirlərinə əsla yol verməyəcəyik.
Millətimizin huzuruna qəsd edən, qanun tanımayan cinayətkar şəbəkələrin üzvlərini gizləndikləri yuvalardan çıxarıb mütləq ədalət qarşısına çıxaracağıq”.
Nazir daha Azərbaycan Respublikasına təşəkkürünü ifafə edib: “Son olaraq Azərbaycanda yaxalanaraq Türk ədalətinə təhvil verilən həmin quldur da bu sarsılmaz iradəmizin ən bariz göstəricisidir. Bu uğurlu sərhədlərarası əməliyyatın həyata keçirilməsində töhfə verən, başda qəhrəman polis əməkdaşlarımız olmaqla, Ədliyyə Nazirliyimizə və dəstəklərini əsirgəməyən azərbaycanlı qardaşlarımıza ürəkdən təşəkkür edirəm. Türkiyənin əmin-amanlığı naminə dayanmadan, yorulmadan, güzəştə getmədən mübarizəmizi davam etdirəcəyik!”
















