Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Üç müsəlman ölkəsi gücünü birləşdirir: Ərdoğan təsdiqləyəcək

Cəmiyyət

Turkiyə,Səudiyyə Ərəbistanı və Pakistan arasında yeni hərbi əməkdaşlıq formatının yaradılması planlaşdırılır.

Cagdas.az xəbər verir ki, bu barədə Türkiyənin “TRT Haber” telekanalı məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, müvafiq saziş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri çərçivəsində imzalana bilər:

“Razılaşmanın əsas məqsədi üç ölkənin Yaxın Şərqdə və digər regionlarda yaranan böhranlara qarşı birgə fəaliyyət göstərməsi və müdafiə sahəsində koordinasiyanın gücləndirilməsidir.

Yeni əməkdaşlıq formatında Pakistanın iştirakı xüsusi diqqət çəkir. Buna səbəb İslamabadın nüvə silahına sahib olan yeganə müsəlman ölkəsi olmasıdır”.

Gözlənilən sazişin üç ölkə arasında hərbi, təhlükəsizlik və strateji sahələrdə əlaqələri daha da genişləndirəcəyi qeyd olunur.(Globalinfo.az )