Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Üç rayonda işıq kəsiləcək

Cəmiyyət

Bu gün ölkənin brəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Cagdas.az xəbər veriri ki “Azərişıq”dan verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da ölkənin bir sıra rayonlarında bəzi 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.

Yevlax Elektrik Şəbəkəsi (EŞ) ərazisində saat 09:00-dan 12:00-dək Qoyunbinəsi kəndində, saat 10:00-dan 15:00-dək şəhər ərazisində yerləşən Məhəmməd Əmin Rəsulzadə, Məhəmmədhüseyn Şəhriyar, Bakı küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Ağdaş EŞ-nin xidməti ərazisində saat 10:00-dan 13:00-dək Bulaqotağı, Yuxarı Qəsil, Qarağan Şıxlar, Qarağan Sədi, Kükəl, Ərəb, Hüşün kəndlərinin bəzi yerlərində enerjinin verilişində fasilə yaranacaq.

Planlı fasilə saat 10:00-dan 15:00-dək Göyçayda şəhər ərazisində yerləşən Məhəmməd Əmin Rəsulzadə, Məhəmnədhüseyn Şəhriyar və Nizami Gəncəvi küçələrini də əhatə edəcək.

Görülən işlər yekunlaşdıqdan sonra adıçəkilən ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.(modern.az)