• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
19.5° Weather Columbus
$
1.7
€
1.9763
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Ucuz ev axtaranlara – Ən sərfəli qiymətlər buradadır

08 Sentyabr, 26 / 16:11
A A

Bakıda və Abşeron yarımadasında 100 000 manatadək büdcə ilə fərdi həyət evləri əldə etmək üçün əslində geniş seçim imkanı mövcuddur.

Cagdas.az xəbər verir ki, “Yeni Sabah”ın araşdırmasına görə, daşınmaz əmlak bazarındakı tendensiyalara əsasən, bu məbləğ çərçivəsində təklif olunan həyət evləri əsasən 1–3 sot torpaq sahəsində tikilmiş, 2–4 otaqlı, təmiri və sənəd vəziyyəti (çıxarışlı və ya bələdiyyə/sərəncam sənədli) müxtəlif olan fərdi tikililərdən ibarətdir.

Abşeron rayonunun Masazır, Xırdalan, Saray və Hökməli əraziləri həyət evi axtaranlar üçün ən aktiv zonalardandır. Masazırda (xüsusilə Qurtuluş 93 arxası, Duz gölü ətrafı və yeni massivlərdə) 1.5–2 sotda 2–3 otaqlı təmirli həyət evləri 40 000 – 75 000 manat, tam təmirli və 3–4 otaqlı geniş evlər isə 75 000 – 95 000 manat aralığında təklif olunur. Xırdalanın mərkəzə nisbətən kənar massivlərində və Hökməli, Saray qəsəbələrində 2–3 sot torpaq içində 3 otaqlı evləri 45 000 – 85 000 manat civarında tapmaq mümkündür.

Sabunçu rayonunun Zabrat, Maştağa, Bakıxanov (Razin), Ramana, Pirşağı və Nardaran qəsəbələri bu büdcə üçün fərdi ev portfelinin böyük hissəsini təşkil edir. Zabrat (1 və 2-ci qəsəbə) və Sabunçu qəsəbəsində 2–3 otaqlı təmirli həyət evləri 38 000 – 72 000 manat, Maştağa, Albalılıq və Ramanada 2–3 sotda yerləşən 3–4 otaqlı geniş həyət evləri 35 000 – 68 000 manat təşkil edir. Bakıxanov qəsəbəsinin yuxarı hissələrində və təmiz çıxarışlı (kupçalı) kiçik həyəti olan 2 otaqlı evlər isə 65 000 – 95 000 manat civarında satılır.

Suraxanı və Xəzər rayonlarında yerləşən Bülbülə, Əmircan, Yeni Suraxanı, Hövsan, Büzovna, Mərdəkan, Şüvəlan və Binə qəsəbələrində də fərli ev seçimləri kifayət qədərdir. Binə və Yeni Suraxanıda 2–3 otaqlı evlər 32 000 – 65 000 manat, Bülbülə və Əmircanda mərkəzi yola yaxın 2–3 otaqlı təmirli evlər 55 000 – 90 000 manat aralığındadır. Buzovna, Mərdəkan və Şüvəlanda dəniz magistralından bir qədər kənarda yerləşən 1.5–2 sotluq balaca həyətli 2–3 otaqlı fərdi evləri 60 000 – 98 000 manat intervalında əldə etmək olar.

Binəqədi rayonunun Binəqədi qəsəbəsi, Biləcəri və Sulutəpə əraziləri də bu qiymət seqmentində böyük paya sahibdir. Binəqədi qəsəbəsində (Mədəniyyət evi, 171 saylı məktəb yaxınlığı və Baksol yolu ətrafında) 1.5–2 sotda tikilmiş 2–3 otaqlı həyət evləri 35 000 – 70 000 manat, 4 otaqlı daha geniş evlər 70 000 – 92 000 manat arasında dəyişir. Biləcəridə isə marşrut xətlərinə və avtovağzala yaxın ərazilərdə 2–3 otaqlı təmirli həyət evləri 65 000 – 98 000 manat civarında alıcılara təqdim olunur.

Bənzər Xəbərlər

Cəmiyyət

Atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı

Sentyabr 8, 2026
Cəmiyyət

Kəlbəcərdə özəl investisiyalar yeni iş yerləri yaradacaq

Sentyabr 8, 2026
Cəmiyyət

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi – SİYAHI

Sentyabr 8, 2026
Cəmiyyət

Əli Əsədov onu işdən azad etdi

Sentyabr 8, 2026
Cəmiyyət

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

Sentyabr 8, 2026
Cəmiyyət

Paşinyan ona yüksək vəzifə verəcək

Sentyabr 8, 2026

XƏBƏR LENTİ

Atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı

08 Sentyabr, 26 / 17:02

Kəlbəcərdə özəl investisiyalar yeni iş yerləri yaradacaq

08 Sentyabr, 26 / 16:48

Media və Yayım Şurasına sədr və üzvlər təyin edildi – SİYAHI

08 Sentyabr, 26 / 16:34

Əli Əsədov onu işdən azad etdi

08 Sentyabr, 26 / 16:21

Ucuz ev axtaranlara – Ən sərfəli qiymətlər buradadır

08 Sentyabr, 26 / 16:11

Maşınlara etibarnamə verilməsi qüvvədən düşür?

08 Sentyabr, 26 / 15:56

Paşinyan ona yüksək vəzifə verəcək

08 Sentyabr, 26 / 15:42

DİM sədri 2027-ci ildə imtahanlarda ediləcək dəyişiklikləri AÇIQLADI

08 Sentyabr, 26 / 15:29

Qəbul imtahanlarında bu yeniliklər tətbiq olunacaq

08 Sentyabr, 26 / 15:16

Ölkəmizdə qızlar oğlanları riyaziyyatda qabaqladı

08 Sentyabr, 26 / 15:03
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.