• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
26.8° Weather Columbus
$
1.7
€
1.9466
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Universitetlərdə müəllim çatışmır – “250 manata kim işləyər?”

30 İyul, 26 / 19:43
A A

Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələrində – Azərbaycan Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Texniki Universiteti, Bakı Ali Neft Məktəbi və Bakı Avrasiya Universiteti kimi ali təhsil müəssisələrində kütləvi müəllim vakansiyaları elan olunub. Birdən çox fakültə və dekanlıq üzrə kadrların tələb olunması ali məktəblərdə kəskin müəllim çatışmazlığının yaşandığını göstərir.

Cagdas.az xəbər veriri ki Mövzu ilə bağlı Modern.az-a açıqlama verən “Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər” Cəmiyyətinin sədri İlqar Orucov bildirib ki, bu mənzərənin əsas səbəbi müəllim peşəsinə marağın azlığı deyil, aşağı əməkhaqqı fonunda artan akademik tələblər və alternativ sektorların yaratdığı rəqabətdir.

Ekspertin sözlərinə görə, əsas problem gənc və perspektivli mütəxəssislərin maliyyə baxımından qiymətləndirilməməsidir:

“Bir şəxsin universitet müəllimi olması üçün 4 il bakalavr, 2 il magistratura, 3 il doktorantura təhsili alması lazımdır. İllərlə çəkilən zəhmətin, vaxt və maliyyə itkisinin müqabilində təklif olunan 250-400 manatlıq əməkhaqqı gəncləri ali məktəblərdən uzaqlaşdırır.

Magistr dərəcəsinə sahib gənclər elmi dərəcələri olmadığı üçün daha çox yarımştat, saathesabı və ya assistent kimi işə götürülür. Bir çox dövlət universitetlərində saathesabı dərs deyən müəllimə 1 akademik saat üçün cəmi 2.5-5 manat ödənilir. Vergilər çıxıldıqdan sonra bu məbləğ heç minimal yaşayış ehtiyaclarını belə ödəmir”.

İlqar Orucov vurğulayıb ki, magistr dərəcəsini bitirmiş savadlı kadrlar universitet əvəzinə özəl sektora və ya orta məktəblərə üstünlük verirlər:

“IT, mühəndislik və iqtisadiyyat sahəsində dili bilən gənc mütəxəssis özəl şirkətlərdə 1500-2500 manat başlanğıc maaşı ilə iş tapır. Universitetdə 1 ay ərzində onlarla qrupa dərs deyib 300 manat qazanan müəllim, fərdi repetitorluq və ya özəl kurslarda həmin məbləği bəzən bir günə qazanır.

Həmçinin son illərdə ümumtəhsil məktəblərində sertifikasiya nəticəsində maaşların əhəmiyyətli dərəcədə artması da magistrların orta məktəblərə yönəlməsinə sabəb olub”.

Ekspert ali məktəblərdəki inzibati yükün də gənc kadrlara mane olduğunu qeyd edib:

“Müəllimdən təkcə dərs demək yox, sillabusların yazılması, tyutorluq, elektron jurnalların doldurulması və elmi məqalələrin dərc olunması tələb olunur. Aşağı maaş müqabilindəki bu ağır bürokratik yük insanlarda peşəkar tükənməyə yol açır.

ADA, UNEC və BDU kimi resurslu universitlərdə 1200-1700 manat civarında rəqabətədavamlı maaşlar verilsə də, digər profilli dövlət və region universitetlərində baza maaşları kritik dərəcədə aşağıdır. Universitet müəllimliyi artıq əsas gəlir yeri statusunu itirib, gənclər bura yalnız prestij və ya təcrübə üçün qısamüddətlik gəlirlər”.

İlqar Orucov problemin həlli üçün müəyyən təkliflər də irəli sürüb. O bildirib ki, ilk növbədə universitetlərin maliyyə müstəqilliyi gücləndirilməlidir. Təhsil haqlarından gələn gəlirlər təmirlərə, bina tikintisinə deyil, birbaşa müəllim maaşlarının artırılmasına yönəlməlidir:

“Sənayedən peşəkar kadrları cəlb etmək üçün saathesabı ödəniş dərəcələri ən azı 3-4 dəfə artırılmalı, akademik heyət üzərindəki bürokratiya azaldılmalıdır. Bizim universitetlərimizin daxili keyfiyyəti, laboratoriya şəraiti, kitabxana sistemi və dual təhsil imkanları da zahiri görkəmi kimi yenilənməlidir”, – deyə ekspert fikrini yekunlaşdırıb.

Bənzər Xəbərlər

Cəmiyyət

Banklardan kredit götürənlər DİQQƏT: Borcların artmasının əsas səbəbi AÇIQLANDI

İyul 30, 2026
Cəmiyyət

Həkimləri SEVİNDİRƏCƏK XƏBƏR: Rayonlarda çalışanlara xüsusi maaş və dəstək VERİLƏCƏK

İyul 30, 2026
Cəmiyyət

Bakı Qızlar Universiteti BAĞLANDI

İyul 30, 2026
Cəmiyyət

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

İyul 30, 2026
Cəmiyyət

Avqustda bu məhsullar bahalaşa bilər – SİYAHI

İyul 30, 2026
Cəmiyyət

Kəmaləddin Heydərov xanımı ilə festivalda – FOTO

İyul 30, 2026

XƏBƏR LENTİ

Banklardan kredit götürənlər DİQQƏT: Borcların artmasının əsas səbəbi AÇIQLANDI

30 İyul, 26 / 20:26

Həkimləri SEVİNDİRƏCƏK XƏBƏR: Rayonlarda çalışanlara xüsusi maaş və dəstək VERİLƏCƏK

30 İyul, 26 / 20:11

Bakı Qızlar Universiteti BAĞLANDI

30 İyul, 26 / 19:57

Universitetlərdə müəllim çatışmır – “250 manata kim işləyər?”

30 İyul, 26 / 19:43

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

30 İyul, 26 / 19:29

Avqustda bu məhsullar bahalaşa bilər – SİYAHI

30 İyul, 26 / 19:15

Kəmaləddin Heydərov xanımı ilə festivalda – FOTO

30 İyul, 26 / 19:00

Bu şəxslərə kompensasiya ödəniləcək

30 İyul, 26 / 18:49

İyulun 31-də işıq kəsiləcək – Bu ərazilərdə

30 İyul, 26 / 18:34

Azyaşlı uşağı olan analara işdə yeni güzəştlər verilə bilər – DETALLAR

30 İyul, 26 / 18:21
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.