Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Universitetlərə ixtisas seçiminin vaxtı açıqlandı

Cəmiyyət

Universitetlərə ixtisas seçiminin avqustun 10-dan sonra başlaması nəzərdə tutulur.

Cagdas.az xəbər veriri ki Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə DİM-in elektron imtahanlar korpusunda keçiriləcək “Ali təhsil müəssisələrinin sərgisi”nin açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünən I və IV ixtisas qrupları üzrə blok imtahanlarının nəticələri elan olunub. Yaxın üç gün ərzində həmin nəticələrlə bağlı apellyasiya prosesi yekunlaşacaq. Qabiliyyət imtahanlarının nəticələri də iki-üç gün ərzində, idman üzrə qabiliyyətimtahanlarının nəticələri isə ayın 7-də elan olunacaq:

“Apellyasiya və qabiliyyət imtahanları yekunlaşdıqdan sonra plan yerləri də avqustun əvvəllərində çap olunaraq “Abituriyent” jurnalında əksini tapacaq. Vəziyyət ötən illə oxşardır. IV ixtisas qrupunda müsabiqə vəziyyətinin yüksək olacağı gözlənilir. Burada əsasən tibb istiqaməti mühüm rol oynayacaq. Əsas müsabiqə 600-dən yuxarı bal toplayan abituriyentlər arasında olacaq. Daha aşağı bal toplayan abituriyentlər arasında da müəyyən dəyişikliklərin olacağı gözlənilir. Universitetlərə ixtisas seçiminin, adətən avqustun 10-dan sonra keçirilməsi nəzərdə tutulur. Bu il də eyni qaydada olacaq”.

Aparat rəhbəri, həmçinin bildirib ki, sərgidə universitetlərdə olan təqaüdlər, maddi-texniki baza, təhsil imkanları və digər məsələlərlə bağlı məlumatlar təqdim ediləcək, abituriyentlərlə canlı ünsiyyət qurulacaq:

“Sərgidə 3 000-ə yaxın abituriyent qeydiyyatdan keçib. Adətən iştirakçıların sayı qeydiyyatdan keçənlərin sayından daha çox olur. Sərgidə iştirak pulsuzdur. Bu sərgi həm abituriyentlər, həm də ali təhsil müəssisələri üçün ciddi dəstək olacaq”.

Qeyd edək ki, sərgi 3 gün davam edəcək və əsas məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

Sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların – Dövlət İmtahan Mərkəzi, Təhsil Tələbə Kredit Fondu, “Abituriyent” jurnalı redaksiyası, e-psixoloq.az psixoloji dəstək platforması və otk.az onlayn sınaq imtahanı portalının stendləri yer alıb.