Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Ürək sağlamlığı üçün ən faydalı balıqlar BUNLARDIR

Cəmiyyət

Bəzi balıq növlərinin ürək-damar sistemi üçün xüsusilə faydalı olduğu açıqlanıb.

Cagdas.az  xəbər verir ki, diyetoloq Angel Luk “Tasting Table”a açıqlamasında ürək xəstəliklərinin profilaktikası üçün omeqa-3 yağ turşuları ilə zəngin balıqların qida rasionuna daxil edilməsini tövsiyə edib.

Mütəxəssisin sözlərinə görə, omeqa-3 yağ turşularının ən yüksək konsentrasiyası siyənək və qızılbalıqda (salmon) olur. Bu balıqların 100 qram bişmiş hissəsində təxminən 2150 milliqram omeqa-3 yağ turşusu mövcuddur.

Diyetoloq bildirib ki, balıqda ürək-damar sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyan eikosapentaen turşusu (EPA) və dokosaheksaen turşusu (DHA) var. Bu maddələr periferik arteriya xəstəliklərinin və digər ciddi ürək-damar fəsadlarının inkişaf riskinin azalmasına kömək edə bilər.

Mütəxəssisin sözlərinə görə, omeqa-3 yağ turşuları orqanizmdə iltihab proseslərinin azalmasına da kömək edir. Bundan əlavə, bu maddələr hamiləlik dövründə və körpələrin inkişafında beyin və gözlərin sağlamlığı üçün mühüm rol oynayır.

Diyetoloq faydalı maddələrin sardina və skumbriyada da kifayət qədər olduğunu bildirib. Lakin onların omeqa-3 tərkibi qızılbalıq və siyənəklə müqayisədə daha aşağıdır.

Qeyd edək ki, ürək-damar sağlamlığı üçün balığın faydası onun hazırlanma üsulundan da asılıdır. Qızartmaq əvəzinə sobada, buğda və ya qril üsulu ilə bişirmək daha sağlam seçim hesab olunur.(sfera.az)