• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
21° Weather Columbus
$
1.7
€
1.9814
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Uşağınızındakı bu davranışlar bağçadakı zorakılığın göstəricisi ola bilər – AÇIQLAMA

25 Avqust, 26 / 18:51
A A

Bağçalarda uşaqlara qarşı şiddət halları hər zaman açıq şəkildə özünü göstərmir.

Bəzən fiziki iz və ya uşağın konkret şikayəti olmadığı üçün valideynlər təhlükəni gec fərq edir. Uşağın davranışındakı qəfil dəyişikliklər, bağçaya getmək istəməməsi və ya müəyyən şəxslərdən qorxması isə diqqət çəkən siqnallar ola bilər.

Bu baxımdan, valideynlər bağçada şiddətə məruz qalmanın gizli əlamətləri barədə məlumatlı olmalıdırlar.

Cagdas.az xəbər verir ki, psixoloq Aytən Ələkbərova deyib ki, övladına diqqətlə yanaşan valideyn uşağın yaşadığı psixoloji narahatlığı bir sıra davranışlardan müşahidə edə bilər. Onun sözlərinə görə, uşağın bağçaya getməkdən imtina etməsi, gecə yuxudan qışqıraraq oyanması və müəyyən qorxular nümayiş etdirməsi diqqətdən kənarda qalmamalıdır.

 

A.Ələkbərovanın fikrincə, valideynlər uşağın bağçaya başlamasından əvvəl və sonrakı dövrdə onun davranışlarını müşahidə etməlidirlər.

Uşağın gündəlik davranışında qəfil dəyişikliklərin yaranması, əvvəl sevdiyi oyunlardan uzaqlaşması, daha aqressiv və ya əksinə, həddindən artıq sakit olması valideyn üçün siqnal rolunu oynaya bilər:

“Uşaqlar yaşadıqları hadisələri hər zaman böyüklər kimi ifadə edə bilmirlər. Xüsusilə məktəbəqədər yaşda olan uşaq ona qarşı fiziki və ya psixoloji təzyiq göstərildiyini konkret sözlərlə izah etməkdə çətinlik çəkə bilər. Bu səbəbdən valideynin yalnız “Nə baş verdi?” sualını verməsi kifayət deyil. Uşağın oyun zamanı davranışlarına, oyuncaqlarla münasibətinə, danışıq tərzinə və müəyyən situasiyalara reaksiyasına da diqqət yetirilməlidir”.

A.Ələkbərova qeyd edib ki, bəzi uşaqlar bağçada eşitdikləri ifadələri sonradan oyun zamanı və ya evdə təkrarlaya bilirlər. Hətta uşağın özünə və oyuncaqlarına qarşı sərt davranması, müəyyən sözləri təkrar etməsi də onun hansısa hadisədən təsirləndiyini göstərə bilər.

Bununla yanaşı, psixoloq valideynləri uşağın hər bir şikayətini dərhal konkret fakt kimi qəbul etməməyə çağırıb. O deyib ki, bəzi hallarda uşaqlar istədikləri nəticəni əldə etmək üçün valideynlərini manipulyasiya edə və “məni döydülər” kimi ifadələr işlədə bilirlər. Buna görə də vəziyyəti düzgün qiymətləndirmək üçün uşağın dedikləri digər davranış və müşahidələrlə birlikdə dəyərləndirilməlidir:

“Valideyn uşağı sorğu-suala tutmaq və qorxutmaq əvəzinə onunla sakit şəkildə danışmalı, özünü təhlükəsiz hiss etməsi üçün şərait yaratmalıdır. Uşağın sözünü yarımçıq kəsməmək, onu günahlandırmamaq və “sənə heç kim toxuna bilməz” kimi qorxunu artıran ifadələrdən uzaq durmaq da vacibdir”.

Psixoloq hesab edir ki, uşağın davranışlarının sistemli şəkildə müşahidə olunması bağçada yaşanan problemlərin vaxtında müəyyənləşdirilməsinə imkan verir. Valideynlə tərbiyəçi arasında düzgün ünsiyyətin qurulması, uşağın gündəlik vəziyyəti barədə məlumat mübadiləsi aparılması və şübhəli hallar müşahidə edildikdə mütəxəssisə müraciət olunması bu prosesdə mühüm əhəmiyyət daşıyır:

“Əsas məqsəd uşağın qorxusunu görməzdən gəlmək deyil, həmin qorxunun səbəbini düzgün müəyyənləşdirməkdir. Valideynin diqqətli müşahidəsi və uşağa göstərdiyi düzgün yanaşma problemin daha da dərinləşməsinin qarşısını ala bilər”.\referans media\

Bənzər Xəbərlər

Cəmiyyət

Elçibəyin qardaşı qızının evi əlindən alınıb?

Avqust 25, 2026
Cəmiyyət

Bu gecə metro 1 saat artıq işləyəcək

Avqust 25, 2026
Cəmiyyət

Vüqar Bayramovdan pensiya artımı ilə bağlı müjdə

Avqust 25, 2026
Cəmiyyət

Palma yağı rekordu: Əhali gizlicə zəhər yeyir? – ŞOK RƏQƏMLƏR

Avqust 25, 2026
Cəmiyyət

İki şəhid övladı DTX-nin Akademiyasına qəbul oldu – FOTO

Avqust 25, 2026
Cəmiyyət

“Qalatasaray” üçün məşqləri boykot etdi! Sarrın transfer qərarı gündəmi silkələdi

Avqust 25, 2026

XƏBƏR LENTİ

Elçibəyin qardaşı qızının evi əlindən alınıb?

25 Avqust, 26 / 19:29

Bu gecə metro 1 saat artıq işləyəcək

25 Avqust, 26 / 19:15

Vüqar Bayramovdan pensiya artımı ilə bağlı müjdə

25 Avqust, 26 / 19:01

Uşağınızındakı bu davranışlar bağçadakı zorakılığın göstəricisi ola bilər – AÇIQLAMA

25 Avqust, 26 / 18:51

Palma yağı rekordu: Əhali gizlicə zəhər yeyir? – ŞOK RƏQƏMLƏR

25 Avqust, 26 / 18:37

İki şəhid övladı DTX-nin Akademiyasına qəbul oldu – FOTO

25 Avqust, 26 / 18:23

“Qalatasaray” üçün məşqləri boykot etdi! Sarrın transfer qərarı gündəmi silkələdi

25 Avqust, 26 / 18:08

Smartfonunuzun gizli funksiyası: metal əşyaları belə tapa bilərsiniz

25 Avqust, 26 / 17:54

“Əbədi dostluq haqqında Müqavilə”nin mahiyyəti nədir? – AÇIQLAMA

25 Avqust, 26 / 17:40

Ətin bahalaşmasının pərdəarxası – Bu heyvanların sayı kəskin azalır

25 Avqust, 26 / 17:26
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.