Vaşinqton ştatının qubernatoru Bob Ferquson çərşənbə günü ştat ərazisini bürüyən güclü daşqınlara görə fövqəladə vəziyyət elan edib.
Cagdas.az bildirir ki, daşqınlar Sietl şəhərinin həm şimal, həm də cənub bölgələrində ciddi fəsadlar yaradıb. Bir çox insanlar təhlükəli ərazilərdən xilas edilib.
“Central Pierce” Yanğın və Xilasetmə İdarəsi sosial şəbəkədəki paylaşımında indiyədək 25-dən çox xilasetmə əməliyyatı həyata keçirdiklərini açıqlayıb.
Qubernator Ferquson Milli Qvardiyanı artıq səfərbər etdiyini bildirib.
“Mən bütün ştat ərazisində fövqəladə vəziyyət elan etmişəm və bu gün federal hökumətdən təcili yardım prosedurlarının sürətləndirilməsini xahiş edəcəyəm,” – deyə Ferquson qeyd edib.


