• Layihələr
  • Haqqımızda
  • Media Kodeksi
  • Karyera
  • Reklam
  • Əlaqə
logo
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
20° Weather Columbus
$
1.7
€
1.9672
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Digər
    • Maraqlı
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
No Result
View All Result
logo
No Result
View All Result
Ana Səhifə Cəmiyyət

Vergi borcu ödənəndə “stop” avtomatik götürülürmü? — Açıqlama

18 Avqust, 26 / 11:41
A A

Vergi borcu səbəbindən vətəndaşın ölkədən çıxışına məhdudiyyət qoyulması müəyyən problemlər yarada bilər. Borc ödənildikdən sonra isə əsas məsələ tətbiq edilən “stop”un nə vaxt və hansı qaydada aradan qaldırılmasıdır.

Bu proses avtomatik həyata keçirilir, yoxsa vətəndaş bunun üçün ayrıca müraciət etməlidir?

Cagdas.az bildirir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Şəbnəm Tağıyeva qeyd edib  ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.15-3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddələrinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir:

“Başqa sözlə, vergi borcunun mövcudluğu öz-özlüyündə şəxsin ölkədən çıxışına avtomatik “stop” qoyulması demək deyil. Belə məhdudiyyət vergi orqanının müraciəti əsasında məhkəmə qaydasında tətbiq edilir. Bununla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun 31 mart 2026-cı il tarixli Qərarında ölkədən getmək hüququnun bu əsasla məhdudlaşdırılmasının tətbiqi ilə bağlı mühüm hüquqi mövqe ifadə edilib. Konstitusiya Məhkəməsi vurğulayıb ki, belə məsələlərə baxılarkən vergi ödəyicisinin öz öhdəliklərinin icrasından yayınmasına dair ilkin sübutlar araşdırılmalı, alternativ tədbirlərin tətbiqinin mümkünlüyü və tətbiq edilən məhdudiyyətin gözlənilən nəticəyə mütənasibliyi qiymətləndirilməlidir. Belə tədbirin tətbiqi şəxsin hüquqlarının lüzumsuz məhdudlaşdırılmasına gətirib çıxarmamalıdır”.

Vəkil qeyd edib ki, Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanı dərhal həmin məhdudiyyətin götürülməsi barədə qərar qəbul etməlidir. Burada “avtomatik” anlayışına diqqət yetirmək lazımdır. Qanunvericilik məhdudiyyətin borcun ödənilməsi ilə avtomatik olaraq aradan qalxdığını deyil, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanının dərhal onun götürülməsi barədə qərar qəbul etməsini nəzərdə tutur. Bu baxımdan, vergi borcu tam ödənildikdən və məhdudiyyətin tətbiqinə səbəb olmuş əsas aradan qalxdıqdan sonra şəxsin məhdudiyyətin götürülməsi üçün ayrıca ərizə ilə müraciət etməsi qanunvericilikdə məcburi şərt kimi nəzərdə tutulmur. Məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi vergi orqanının vəzifəsidir”.

Şəbnəm Tağıyeva bildirib ki, əvvəllər bu proses fərqli qaydada tənzimlənirdi:

“Mülki Prosessual Məcəllənin 355-7.6-cı maddəsinə əsasən, məhdudiyyətə səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsi əsasında məhkəmə iki iş günü ərzində məhdudiyyətin götürülməsi barədə qətnamə qəbul edirdi. Həmin müddəa sonradan ləğv edilib. Hazırda isə məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi Vergi Məcəlləsinin 24.1.2-1-ci maddəsi ilə birbaşa vergi orqanının vəzifəsi kimi müəyyən edilib. Eyni zamanda, şəxs ölkədən getmək hüququna müvəqqəti məhdudiyyətin mövcud olub-olmadığını Dövlət Vergi Xidmətinin elektron xidməti vasitəsilə onlayn qaydada yoxlaya bilər.

Beləliklə, vergi borcu ödənildikdən və məhdudiyyətə səbəb olmuş əsas aradan qalxdıqdan sonra “stop”un götürülməsi üçün ayrıca müraciət etmək ümumi qaydada tələb olunmur. Məhdudiyyətin götürülməsi barədə dərhal qərar qəbul etmək vergi orqanının vəzifəsidir”.

Bənzər Xəbərlər

Cəmiyyət

XƏBƏRDARLIQ: yağış yağacaq, şimşək çaxacaq

Avqust 18, 2026
Cəmiyyət

Yüz minlərlə manat kartdan-karta köçürülürsə… – AÇIQLAMA

Avqust 18, 2026
Cəmiyyət

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər — Qadağa qoyula bilər

Avqust 18, 2026
Cəmiyyət

Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir? – DSX rəisinin müavinindən açıqlama

Avqust 18, 2026
Cəmiyyət

Ev almaq istəyənlər üçün VACİB AÇIQLAMA – Bu tarixləri gözləyin!

Avqust 18, 2026
Cəmiyyət

Bölgələrdə pensiyalar bu tarixdə veriləcək

Avqust 18, 2026

XƏBƏR LENTİ

XƏBƏRDARLIQ: yağış yağacaq, şimşək çaxacaq

18 Avqust, 26 / 12:37

Moskvaya 800 dronla hücum etdilər – dağıntılar var

18 Avqust, 26 / 12:23

Yüz minlərlə manat kartdan-karta köçürülürsə… – AÇIQLAMA

18 Avqust, 26 / 12:09

Türkiyədən S-400-lərlə bağlı kritik qərar – məhv edilə bilər

18 Avqust, 26 / 11:55

Vergi borcu ödənəndə “stop” avtomatik götürülürmü? — Açıqlama

18 Avqust, 26 / 11:41

Bu rayonlardan Bakıya gələnlərə pis xəbər — Qadağa qoyula bilər

18 Avqust, 26 / 11:28

Azərbaycan-Ermənistan sərhədində vəziyyət necədir? – DSX rəisinin müavinindən açıqlama

18 Avqust, 26 / 11:14

Ev almaq istəyənlər üçün VACİB AÇIQLAMA – Bu tarixləri gözləyin!

18 Avqust, 26 / 11:00

Bu valyutalar ucuzlaşdı

18 Avqust, 26 / 10:47

Bu həftə hansı bürclər uğur qazanacaq?

18 Avqust, 26 / 10:34
Cagdas.az

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

VÖEN-i: 0701731092

Domen adının sahibi: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Məsul redaktor: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU

Ünvan: Bakı şəhəri, R.İsmayılov küç., məhəllə 5027, ev 5

Əlaqə: 050-858-20-30

chagdas.az@gmail.com

Haqqımızda Media kodeks Reklam
Əlaqə Karyera Məxfilik siyasəti
Bütün hüquqlar qorunur. Çağdaş İnformasiya Portalı © 2025
design by Çağdaş Media

Saytdakı materiallardan istifadə edildikdə mənbəyə hiperlink verilməsi mütləqdir.

Adı: XƏQANİ ƏLİYEV ƏZİZ OĞLU
VÖEN: 0701731092
Ünvan: Bakı şəhəri, R.İsmayılov küç.
Əlaqə: 050-858-20-30
© 2025 Çağdaş İnformasiya Portalı
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • DİGƏR
    • Media
    • İdman
    • PFL
    • Texnologiya
  • Əlaqə

© 2025 Cagdas.az - İnformasiya Portalı.