Son dəqiqə
Moskvadan rəsmi HƏDƏ: İrəvan küçələri necə Kiyevə çevriləcək…. ABŞ və Çin razılığa gələ bilər – Bessent AÇIQLADI Paşinyanla “Mossad”ı nə birləşdir-ABŞ nəşrindən ŞOK İDDİALAR TƏCİLİ: Pakistan Yəmən müharibəsinə GİRDİ – Təyyarələr dolusu silah və zabitlər cəbhədə Yoxa çıxan təyyarənin qalıqları tapıldı Azərbaycan banklarının depozit portfeli açıqlanıb – RƏQƏMLƏR 11-ci sinif şagirdindən möhtəşəm ixtira – Bir damcı ilə… Dünya birjalarında neft UCUZLAŞIB Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu – FOTO Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri artıracağıq
Reklam
Reklam

Vergi forumunda mükafatlandırma – “AzerGold” fəal ixracatçı seçildi

İqtisadiyyat

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda forum keçirilib.

Bu barədə Çağdaş.az-a “AzerGold” QSC-dən məlumat verilib.

Forum çərçivəsində vergi sistemində müasir idarəetmə yanaşmaları, rəqəmsal həllərin tətbiqi və data əsaslı qərarvermə mexanizmləri müzakirə olunub. Bununla yanaşı, vergi qanunvericiliyində baş verən dəyişikliklər və vergi inzibatçılığında tətbiq olunan yeni yanaşmalar iştirakçılara təqdim edilib.

Forumda, müxtəlif nominasiyalar üzrə fərqlənən vergi ödəyicilərinə xüsusi sertifikatlar təqdim olunub. “AzerGold” QSC qızıl və gümüşün beynəlxalq bazarlara ixracatı sahəsində verdiyi töhfələrə görə “Dövlət sektoru üzrə fəal ixracatçı” nominasiyası üzrə mükafata layiq görülüb.

Mükafat, Baş nazirin müavini Samir Şərifov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov tərəfindən “AzerGold” QSC-nin İdarə Heyətinin üzvü – Sədrin müavini Xəyyam Fərzəliyevə təqdim edilib.

Qeyd edək ki, “AzerGold” QSC cari ilin əvvəlində qeyri-neft-qaz sektoru üzrə dövlətə məxsus ixracatçı subyektlərin reytinqində birinci pillədə qərarlaşıb.