Son dəqiqə
Dünyanın ən yaxşı 10 restoranı: hansı ölkələrdədir və fərqləri nədir? Misir arxeoloqları 100-dən çox mumiya və kraliça Neytin piramidasını tapdılar Yerin yeni peyki ortaya çıxdı Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, göstərdik kim kimdir Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir – PREZİDENT İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – FOTOLAR Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik dünyada az-az rast gəlinən mənzərədir Xankəndi Zəfər muzeyi bu binada təşkil olunacaq

Vətən müharibəsinin 43-cü günü: Şuşa işğaldan azad edilir – FOTO/VİDEO

Cəmiyyət

2020-ci il noyabrın 8-i – bizi torpaqlarımızın azadlığına aparan Vətən müharibəsinin qırx üçüncü günü.

Çağdaş.Az xatırladır ki, noyabrın 7-si gün ərzində və 8-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tuturlar.

Döyüş əməliyyatları müxtəlif intensivlikdə, əsasən, cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. Sutka ərzində cəbhənin əsas istiqamətlərində düşmənə ciddi zərbələr vurulur. Cəbhənin bəzi sahələrində düşmən şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilir.

Cəbhədə müqavimət göstərə bilməyən düşmən çıxış yolunu dinc əhalini və mülki infrastrukturu atəşə tutmaqda görür. Keçən gün ərzində Ermənistan silahlı qüvvələri bölmələrinin Tərtər, Bərdə, Ağdam, Ağcabədi və Qubadlı rayonlarının kəndlərini artilleriya atəşinə tutması nəticəsində dinc sakinlər arasında ölən və xəsarət alanlar olur, mülki infrastruktura ziyan dəyir.

Azərbaycan Ordusunun gördüyü cavab tədbirləri yalnız düşmənin legitim hərbi hədəflərinə qarşı olur. Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, dörd ədəd T-72 tankı, iki ədəd D-20 topu və döyüş sursatı ilə dolu bir neçə hərbi yük avtomobili məhv edilir və sıradan çıxarılır.

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana və Şəhidlər xiyabanına gəlirlər. Dövlətimizin başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edir, möhtəşəm xəbəri çatdırır:

Vətən müharibəsinin 43-cü günü: Şuşa işğaldan azad edilir - Foto/Video

“Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda, bəlkə də, ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Azərbaycan Prezidenti müjdəni “X” sosial şəbəkəsində də bölüşür:

“8 noyabr Şanlı Qələbə Günü kimi əbədi tarixə düşəcək. Biz Şuşaya qayıtmışıq. Şuşa bizimdir! Qarabağ Azərbaycandır! Gözün aydın olsun, Azərbaycan!”

Vətən müharibəsinin 43-cü günü: Şuşa işğaldan azad edilir - Foto/Video

“ƏZİZ ŞUŞA, SƏN AZADSAN! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! QARABAĞ AZƏRBAYCANDIR!”

Vətən müharibəsinin 43-cü günü: Şuşa işğaldan azad edilir - Foto/Video

Cəbhədə isə döyüşlər davam edir. Saat 14 radələrində cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin ön idarəetmə məntəqəsinə hava zərbələri endirilir.

Azərbaycan Hərbi Hava Qüvvələrinin “Su-25” həmlə təyyarəsi və PUA-nın tətbiqi ilə endirilən aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları dağıdılır, yüksəkvəzifəli şəxsləri məhv edilir.

Azğın düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutur. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür, Xocavənd istiqamətində düşmənə zərbələr endirilir. Ağır itkilər verən düşmən bəzi hədləri ataraq qaçır.

Beləliklə, müharibənin qırx üçüncü günündə də üstünlüyün Azərbaycan Ordusunun tərəfində olması torpaqlarımızın hər yerində tezliklə bayrağımızın dalğalanacağından xəbər verir./Oxu.az/