Son dəqiqə
Dünyanın ən yaxşı 10 restoranı: hansı ölkələrdədir və fərqləri nədir? Misir arxeoloqları 100-dən çox mumiya və kraliça Neytin piramidasını tapdılar Yerin yeni peyki ortaya çıxdı Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, göstərdik kim kimdir Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir – PREZİDENT İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – FOTOLAR Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik dünyada az-az rast gəlinən mənzərədir Xankəndi Zəfər muzeyi bu binada təşkil olunacaq

Yerin yeni peyki ortaya çıxdı

Cəmiyyət

“2026 QQ8” adlı kiçik asteroid Yerin cazibə qüvvəsinin təsirinə düşərək planetimizin müvəqqəti peyki olub. Alimlərin proqnozuna görə, o, dekabr ayına qədər Yerin orbitində qalacaq, daha sonra isə Günəş ətrafındakı hərəkətini davam etdirəcək.

Cagdas.az xəbər verir ki, əvvəlcə alimlər obyektin kosmik tullantı – raket və ya peyk qırıntısı olduğunu ehtimal ediblər. Lakin sonrakı müşahidələr onun təbii mənşəli asteroid olduğunu təsdiqləyib.

Asteroidin diametri təxminən 1 metrdir. O, ilk dəfə avqustun 20-də macar astronom Kristian Şarneçki tərəfindən aşkarlanıb.

Müşahidələr nəticəsində məlum olub ki, asteroid 2026-cı ilin aprelində Yerin Hill sferasına daxil olaraq müvəqqəti peykə çevrilib. Bu, Yer kürəsinin cazibə qüvvəsinin Günəşin təsirinə baxmayaraq kosmik cisimləri öz təsirində saxlaya bildiyi bölgədir.

Asteroid əvvəllər də Yerə yaxınlaşıb. 1965-ci ildə baş verən yaxınlaşma zamanı o, planetimizin cazibə təsirinə düşəcək qədər yaxın olmayıb. Növbəti yaxınlaşmanın isə 2058-ci ildə baş verəcəyi gözlənilir.\modern.az\