Son dəqiqə
Dünyanın ən yaxşı 10 restoranı: hansı ölkələrdədir və fərqləri nədir? Misir arxeoloqları 100-dən çox mumiya və kraliça Neytin piramidasını tapdılar Yerin yeni peyki ortaya çıxdı Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, göstərdik kim kimdir Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir – PREZİDENT İlham Əliyev Xankəndidə Zəfər abidəsini ziyarət etdi – FOTOLAR Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik dünyada az-az rast gəlinən mənzərədir Xankəndi Zəfər muzeyi bu binada təşkil olunacaq

Xankəndi Zəfər muzeyi bu binada təşkil olunacaq

Cəmiyyət

Xankəndi şəhərində yerləşəcək Zəfər Muzeyinin məkanı bəlli olub.

Cagdas.az  xəbər verir ki, Prezident İlham Əliyev Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışıb.

Dövlətimizin başçısı deyib: “Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu, bizim şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir. Bakıda Zəfər tağının yanında Zəfər Muzeyi də fəaliyyət göstərir. Hər bir şəhidimizin adı muzeydə həkk olunub. Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi”.