Son dəqiqə
Dünyanın ən qorxunc şəhəri: İnsanda depressiya yaradır – FOTO “”Hollivud”a dəvət alan ilk azərbaycanlı aktyoram” – (Video) Zidan Arda Gülərə heyran qaldı: “Çox yüksək səviyyəli futbolçudur” Bal yarmarkasının tarixi və yeri dəyişdirilib Sağ olan Milli Qəhrəmanların sayı 14-dən 13-ə düşdü – ADLAR Bakı meriyasında bir sıra şöbələr ləğv edildi, yeniləri yaradıldı Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib İxtisarlar etmək əvəzinə, özəl sektorda yüz minlərlə iş yerləri yaradılsın Narkoloji müayinəyə dair yeni tələb müəyyənləşir Yollarda görünüş məsafəsi məhdudlaşacaq

WhatsApp istifadəçilərinin çoxdan gözlədiyi yeniliklər gəldi

Cəmiyyət

“WhatsApp” istifadəçi təcrübəsini daha da təkmilləşdirəcək dörd yeni funksiyanı təqdim edib. Yeniliklər sayəsində artıq “iPad” üzərindən telefona ehtiyac olmadan hesab yaratmaq, avtomobildə tətbiqdən daha rahat istifadə etmək, PDF sənədlərini birbaşa tətbiq daxilində redaktə etmək və “Spotify” və “Apple Music”də dinlənilən mahnıları “Status” bölməsində paylaşmaq mümkün olacaq.

Cagdas.az xəbər verir ki, yeniliklər istifadəçilərə mərhələli şəkildə təqdim ediləcək.

“iPad”dən telefonsuz hesab yaratmaq mümkün olacaq

“WhatsApp” ötən il istifadəyə verdiyi “iPad” tətbiqinə uzun müddətdir gözlənilən funksiyanı əlavə edib. Bu yeniləmə ilə istifadəçilər artıq telefonlarını tətbiqə qoşmadan birbaşa “iPad” vasitəsilə “WhatsApp” hesabı yarada və tətbiqdən müstəqil şəkildə istifadə edə biləcəklər.

Avtomobildə istifadə daha rahat olacaq

Yeniləmə ilə “Apple CarPlay” və “Android Auto” dəstəyi də genişləndirilib. İstifadəçilər sükan arxasında əllərindən istifadə etmədən gələn mesajları dinləyə, səsli cavab verə, zəng edə, zəng tarixçəsinə baxa və tez-tez əlaqə saxladıqları şəxslərə daha sürətli çıxış əldə edə biləcəklər.

“PDF” sənədlərini tətbiqdə redaktə etmək mümkün olacaq

“WhatsApp”ın veb və masaüstü versiyalarına əlavə edilən yeni funksiya sayəsində istifadəçilər “Adobe Acrobat” texnologiyasının dəstəyi ilə “PDF” fayllarını yükləmədən aça, sənədlər üzərində qeydlər edə və vacib hissələri vurğulaya biləcəklər.

Mahnıları “Status”da paylaşmaq mümkün olacaq

Yeni funksiya ilə “Spotify” və “Apple Music” platformalarında dinlənilən mahnıları birbaşa “WhatsApp”ın “Status” bölməsində paylaşmaq mümkün olacaq. Şirkət bildirir ki, bu yenilik istifadəçilərin sevdikləri musiqiləri dostları ilə daha rahat bölüşməsinə imkan yaradacaq.

Yeniliklər mərhələli şəkildə istifadəyə veriləcək

“WhatsApp” qeyd edib ki, təqdim olunan dörd yeni funksiya bütün istifadəçilərə eyni vaxtda çatdırılmayacaq. Yeniləmələrin yaxın günlərdə Android, iOS, veb və masaüstü platformalarında mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılır.(referans media)